Liseyin rus bölümü şagirdlərinin Azərbaycan dilinə sevgisi
Kaspi Ağ Şəhər liseyinin rus bölümü şagirdlərinin Azərbaycan dilində “Mənim dilim sevgi səsi” adlı tədbiri keçirilib.
Tədbirdə G.Hüseynoğlunun “Azərbaycan dili”, X.R.Ulutürkün “Ana dilim”, “Mənim dilim sevgi səsi” şeirləri, “Şirin dil”, “ Anayurt”, “Gözəl vətən” mahnıları böyük həvəslə ifa olunub. Şagirdlərin hazırladıqları S.Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın deyişməsi, Şah İsmayılla Hüseyn bəy Lələnin dialoqu, Milena Lukienenkonun və Sofiya Ryabovanın təqdim etdikləri səhnəcik alqışlarla qarşılanıb.
Tədbirdə yazıçı Nurəddin Ədiloğlu qonaq kimi iştirak edib.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.