Məktəbdə pozitiv sosial-psixoloji mühiti necə təmin etməli?
31 Yanvar 2025
Məktəbdə pozitiv sosial-psixoloji mühiti necə təmin etməli?
Müəllimlər təlimdə bu suala cavab tapdılar
Kaspi Aş Şəhər liseyinin Rus bölməsinin müəllimləri üçün “Məktəbdə pozitiv sosial-psixoloji mühitin təmin olunması. Bullinqin effektiv profilaktikası” mövzusunda informativ görüş keçirilib.
Liseydən verilən məlumatda bildirilir ki, təlim Kaspi Ağ Şəhər liseyinin psixoloqu Məryəm Əliyeva tərəfindən keçirilib.
“Təlimdə müəllimlər məktəbdə bullinqin əsas səbəbləri və problemin həlli yolları haqqında məlumat aldılar.
Təlimin ikinci hissəsində müəllimlər aldıqları məlumatları - keys-məsələrini həll edərək pedaqoji praktikalarında necə istifadə edeceklərini öyrəndilər”.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.