Liseyin şagirdləri kitabxanaya ekskursiya ediblər

Liseyin şagirdləri kitabxanaya ekskursiya ediblər

Liseyin şagirdləri kitabxanaya ekskursiya ediblər

“Bu cür görüşlər uşaqların dünyagörüşünü artırır, onların yazı və danışıq qabiliyyətlərini inkişaf etdirir”

16 Oktyabr – Mütaliə Günü kimi qeyd edilir. Mütəxəssislər hesab edir ki, mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyətini gücləndirən başlıca amillərdəndir. Mütaliə məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur.

Şagirdlərin mütaliəyəyə olan marağının artırılmasında, onlarda oxu vərdişlərinin inkişaf etdirilməsində, kitabın gündəlik həyatlarına daxil edilməsində məktəb kitabxanalarının rolu əvəzsizdir. Kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafındakı mühüm rolu birbaşa cəmiyyətin inkişafına təkan verir.

kaspi.edu.az xəbər verir ki, Kaspi Ağ Şəhər Liseyinin şagirdləri Mütaliə Günü münasibətilə F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Elnur Əzizovun verdiyi məlumata görə,  görüşdə liseyin 6a və 6b sinif şagirdləri iştirak edib: Şagirdlər kitabxana ilə yaxından tanış olublar. Daha sonra kitabxananın xidmət şöbəsinin müdiri Könül Səfərova kitabxananın yaranma tarixi haqqında şagirdlərə məlumat verib: “Könül xanım mütaliənin əhəmiyyətindən danışaraq şagirdlərin mütaliə etdiyi kitablarla maraqlandı. Görüş canlı müzakirələrlə keçdi”. Liseyin kitabxanaçısı Şahnaz Quliyeva qeyd etdi ki, bu cür görüşlər şagirdlərdə maraqlı təəssüratlar oyadır, onların yaddaşına yazılır: “Uşaqlar Azərbaycanın şair və yazıçılarını, dünya ədəbiyyatının nümayəndələrini tanıyırlar, mütaliəyə həvəsləri yaranır. Sonra oxuduqları kitabları bir-birləri ilə müzakirə edirlər. Bu, onların dünyagörüşünü artırır, yazı və danışıq qabiliyyətlərini inkişaf etdirir”.

Görüşdə kitabxananın nəşr etdiyi “Göy qurşağı” jurnalı Kaspi Ağ şəhər Liseyinin kitabxanasına hədiyyə olunub.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız