Liseyin komandası Məktəblərarası Mini-futbol Çempionatında iştirak edib

Liseyin komandası Məktəblərarası Mini-futbol Çempionatında iştirak edib

Liseyin komandası Məktəblərarası Mini-futbol Çempionatında iştirak edib

Kaspi Ağ Şəhər Liseyinin yığma komandası III Super Liqa çempionatına hazırlaşır

Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası II Super Liqa - 2024 Məktəblərarası Mini-futbol Çempionatı təşkil edib. Yarış “Yaşıl Dünya naminə Həmrəylik” şüarı ilə keçirilib. Kaspi Ağ Şəhər Liseyinin şagirdlərindən ibarət yığma komandası Samir Məmmədovun baş məşqçiliyi ilə yarışa qatılıb.

Çempionatda fərqlənən liseyin komandası Assosiasiya sədri Heydər Eminli və Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Qeyd edək ki, çempionata vəsiqə qazanan ölkənin 12 özəl və beynəlxalq məktəbi gərgin yarışlarda iştirak ediblər. Hazırda Kaspi Ağ Şəhər Liseyinin yığma komandası III Super Liqa çempionatına hazırlaşır.

Komandamıza uğurlar arzulayırıq!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız