Kaspi Bakıxanov Liseyində “Zəif bənd” oyunu keçirilib.
Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, yarış liseyin 11-ci sinifləri arasında keçirilib.
Riyaziyyat fənn rəhbəri Rövşən Dünyamalıyevin təşəbbüsü ilə baş tutan oyun şagirdlərin həm əylənməsinə, həm də öyrənməsinə şərait yaradıb: “Dərslərin ağırlığı, imtahan stressinin get-gedə artdığı bir zamanda bu əyləncəli oyun 11-ci siniflər tərəfindən maraqla qarşılandı.
Liseydə mütəmadi olaraq keçirilən intellektual və əyləncəli yarışlar şagirdlərin sosiallaşmasına, komanda şəklində işləməsinə və biliklərini artırmasına kömək edir”.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.