Kaspi Bakıxanov liseyində Riyaziyyat fənni üzrə “Bilik yarışı” keçirilib. Yarışda Kaspi Bakıxanov və Kaspi Ağ Şəhər liseyinin 7 və 8-ci sinif şagirdləri mübarizə aparıblar.
Liseydən verilən məlumata görə, yarışın keçirilməsində məqsəd şagirdlərin əylənərək riyazi - məntiqi biliklərini sınamaq, bu sahədə savadlarını artırmaq və maraqlı asudə vaxt keçirmək üçün onlara şərait yaratmaq idi: “Yarışmada qaliblik uğrunda liseylərin hər birindən 3 sinif, ümumilikdə 6 komanda mübarizə apardı. Şagirdlər yüksək rəqabət ruhunda yarışdılar. Nəticələr bir-birinə kifayət qədər yaxın idi. Sonuncu - həlledici sualdan sonra qaliblər müəyyənləşdi”.
Yarışın nəticəsi olaraq 7-ci siniflər üzrə Kaspi Ağ Şəhər liseyinin, 8-ci siniflər üzrə Kaspi Bakıxanov liseyinin şagirdləri qələbə qazanıblar. Sonda qalib komandaların şagirdləri strateji məntiq oyunu ilə mükafatlandırılıblar.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.