Yarışma şagirdlər arasında yaradıcılığı və innovasiyanı təşviq edir
Kaspi Ağ şəhər Liseyində “Araşdırma və İnkişaf mərkəzi” tərəfindən “Water rocket”" yarışması təşkil olunub.
Liseydən verilən məlumatda bildirilir ki, yanaşı, məktəblilərin komanda şəklində işləmək bacarıqlarını formalaşdırır:
-Elm və texnologiyaya marağı artırmaq: Yarış iştirakçılara fizika, aerodinamika və mühəndislik prinsiplərini praktiki şəkildə öyrənməyə imkan verir;
-Yaradıcılığı və innovasiyanı təşviq etmək: Su raketi hazırlamaq və onun optimal uçuşunu təmin etmək üçün iştirakçıların öz yaradıcılıqlarını və problemləri həlletmə bacarıqlarını işə salır;
-Komanda işini gücləndirmək: Bu yarışmalar tez-tez qruplar arasında keçirilir. Bu da komanda üzvləri arasında əməkdaşlıq və koordinasiyanın vacibliyini göstərir;
-Əyləncə və motivasiya: Elm və texnologiyanın maraqlı tərəflərini vurğulamaqla, bu cür yarışlar iştirakçıları elmə daha çox cəlb etmək üçün əyləncəli və motivasiyaedici platforma təqdim edir;
-Ekoloji düşüncə: Su raketləri adətən, sadə və təbii materiallardan hazırlanır, bu da davamlılıq və ekoloji məsuliyyət barədə məlumatlılığı artırır.
kaspi edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.