Liseydə hüquq-mühafizə orqanlarının işçiləri ilə görüş keçirilib

Liseydə hüquq-mühafizə orqanlarının işçiləri ilə görüş keçirilib

Liseydə hüquq-mühafizə orqanlarının işçiləri ilə görüş keçirilib

Tədbir çərçivəsində həmçinin polis peşəsinin əhəmiyyəti barədə geniş məlumat verilib

Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov və şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmov Kaspi Ağ Şəhər Litseyinin qonağı olublar.

Görüş zamanı onlar şagirdlərlə narkomaniyaya qarşı mübarizə və Polis Akademiyası haqqında maarifləndirici söhbət aparıblar.

kaspi.edu.az xəbər verir ki, tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyəti, narkotiklərin cəmiyyətə və fərdlərə vurduğu zərər, həmçinin polis peşəsinin əhəmiyyəti barədə geniş məlumat verilib. Şagirdlər mövzu ilə bağlı suallarını verərək, hüquq-mühafizə orqanlarının işi və polis peşəsi haqqında daha ətraflı məlumat əldə ediblər.

“Bu cür maarifləndirici görüşlər gənc nəsildə hüquq-mühafizə orqanlarına hörmət hissini artırmaqla yanaşı, onların gələcək peşə seçimlərinə də müsbət təsir göstərir”- deyə liseydən verilən məlumatda bildirilir.

Görüşdə liseyin direktoru Həsən Həsənov da iştirak edib.

 

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız