Tədbir uşaqlarda mütaliəyə qarşı məhəbbəti daha da artıracaq
Kaspi Bakıxanov liseyində “Direktorun nağıl saatı” keçirilib.
Liseydən verilən məlumatda bildirilir ki, nağıl saatını təhsil müəssisəsinin direktoru Cahid Hüseynov liseyin 1-ci sinif şagirdləri üçün keçirib. “Dünyanın ən gözəl yeri” adlanan nağılı danışan direktorun səmimi söhbəti uşaqların marağına səbəb olub.
“Nağıl saat”ının bilavasitə direktorun keçirməsi uşaqlarda kitablara qarşı məhəbbəti daha da artıracaq. Belə tədbirlər həmçinin uşaqların mütaliəyə olan sevgisinin çoxalmasına səbəb olacaq”. Direktor qeyd edib ki, bu cür nağıl saatlarının təşkili davam edəcək.
Nağılı liseyin müəlliməsi Nuranə İslam qələmə alıb.
kaspi edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.