Liseydə “Bilik yarışı”

Liseydə “Bilik yarışı”

Liseydə “Bilik yarışı”

Yarış şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq məqsədi daşıyıb

Kaspi Bakıxanov Liseyində “Bilik yarışı” keçirilib. Fizika, Kimya, Biologiya fənn birləşməsini əhatə edən yarışda Kaspi Ağ Şəhər Liseyinin şagirdləri ilə Bakıxanov Liseyinin şagirdləri mübarizə aparıblar.

Liseydən verilən məlumata görə, yarış şagirdlərin bu fənnlər üzrə bilik və bacarıqlarını üzə çıxarmaq məqsədi daşıyıb: “Liseyimizin hər iki filialında təhsilin keyfiyyətinin artırılması və şagirdlərin biliklərinin daha da inkişaf etdirilməsi məqsədilə müxtəlif fənlər üzrə yarışlar keçirilir.

Bu yarışlardan biri də kimya, fizika, biologiya fənləri üzrə təşkil edilən yarışdır. Belə yarışlar, şagirdlərin bu fənlərə olan marağını artırmaq, onları elmə yönəltmək və təbiət elmləri sahəsində daha dərindən biliklərə yiyələnmələrini təmin etmək məqsədi daşıyır”.

Yarışın qalibləri 1,2 və 3-cü yerlər üzrə mükafatandırılıblar.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız