Məktəb dostluqların, xatirələrin, böyük arzuların və bacarıqların başlanğıc yeridir
“Məktəb kiçik uğurlarımızın böyük qələbəyə çevrildiyi məkandır. Yeni dərs ili isə yeni ümidlər deməkdir”-
Kaspi Bakıxanov liseyində keçirilən “Bilik Günü” tədbiri bu fikirlərlə məktəbin müəllim və şagird kollektivini, o cümlədən valideynləri və qonaqları bir araya topladı.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi.
“Müəllimlər hər birimizin uğurlarının, biliklərə sahib olmağımızın memarlarıdır. Məktəb isə yalnız dərs öyrəndiyimiz yer deyil, həm də dostluqların, xatirələrin, böyük arzuların və bacarıqların başlanğıc yeridir”- deyə tədbirin aparıcıları qeyd etdilər.
Liseyin direktoru Cahid Hüseynov tədbir iştirakçılarını yeni tədris ili münasibətilə təbrik etdi, onlara uğur və nailiyyətlər arzuladı.
Daha sonra tədbir 1-cilərin ifasında rəqs, monoloq və bilik haqqında hikmətli sözlərlə davam etdi.
5-8-ci siniflər üzrə direktor müavini Vüsalə Səfərovanın çıxışı ilk dərs günündə şagirdləri yeni uğurlara ilhamlandırdı.
Tədbirin sonunda ilk zəng çalındı və şagirdlər siniflərə yola salındı.
Bilik Gününüz mübarək, əziz şagirdlər və müəllimlər!
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.