Lisey şagirdləri şəhid anasını ziyarət etdilər

Lisey şagirdləri şəhid anasını ziyarət etdilər

Lisey şagirdləri şəhid anasını ziyarət etdilər

5-ci sinif şagirdləri Qarabağ müharibəsi şəhidi Rəcəb Məmmədovun anası Həbibə xanıma baş çəkiblər

Kaspi Ağ Şəhər Liseyinin 5-ci sinif şagirdləri, müəllimləri, sinif komitə sədrləri Beynəlxalq Qadınlar Günü münasibəti ilə Qarabağ müharibəsi şəhidi Rəcəb Məmmədovun anası Həbibə xanımı ziyarət ediblər.

“Ziyarət zamanı Həbibə ana ilə keçirdiyimiz vaxt bizə dərin bir əxlaqi dərs verdi. O, oğlunun şəhidliyinin acısını içində daşısa da, mərd və güclü bir ana olaraq bizə Qarabağ müharibəsində qələbənin və şəhidlərimizin nə qədər müqəddəs olduğunu anlatdı. Görüşümüz həm də bir mesaj idi: Həbibə ana və onun kimi şəhid anaları, təkcə vətən üçün deyil, ailələri üçün də böyük bir fədakarlıq göstərən, həyatın ən çətin anlarında belə möhkəmliyini, mərdliyini itirməyən qadınlardır. Onların fədakarlığı bizə qayğı, hörmət və dözümün nə qədər vacib olduğunu, çətinliklər qarşısında necə güclü qalmağımızı öyrədir”- deyə liseydən verilən məlumatda bildirilir.

Beynəlxalq Qadınlar Günü ərəfəsində baş tutan bu ziyarət ümumən şəhid analarına və qadınlarımıza olan minnətdarlığı bir daha ifadə etmək üçün bir fürsət olub: “Həbibə ananın fədakarlığı bizə bir daha hər şeydən əvvəl vətən və ailə sevgisinin əvəzolunmaz olduğunu hiss etdirdi”.

Kaspi Təhsil Şirkəti olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün şəhid analarını və Vətənin azadlığı uğrunda canından keçən qəhrəmanların xanımlarını təbrik edirik!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız