Lisey şagirdləri arasında “Dostluq yarışı”

Lisey şagirdləri arasında “Dostluq yarışı”

Lisey şagirdləri arasında “Dostluq yarışı”

Yarışda 4-cü sinif şagirdləri iştirak edib

Kaspi Bakıxanov liseyi və Kaspi Ağ Şəhər liseyinin  4-cü sinif şagirdləri arasında “Dostluq yarışı” keçirilib. Kaspi Bakıxanov liseyində təşkil olunan yarış liseylərin “İşıq yolçuları”, “Parlaq beyin”, “Zirvə yolu”, “Gizli güc”, “Açıq dərya”, “Fikir ulduzları” komandaları arasında baş turub.

“Yarışın keçirilməsində məqsəd şagirdlər arasında dostluq hisslərini gücləndirmək, ünsiyyəti yaxşılaşdırmaq, bir-birinə hörməti təlqin etmək və onları sosiallaşdırmaqdır”- deyə liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyeva bildirib.

Yarışın sonunda liseyin direktoru Cahid Hüseynov çıxış edərək bütün komandaları təbrik edib, dostluq naminə yarışdıqları üçün onların hər birinin qalib olduğunu vurğulayıb.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız