Şagirdlərin İngilis dili üzrə bilik və bacarıqları nümayiş etdirilib
Kaspi Ağ Şəhər filialının Cambridge bölməsində “Kitab həftəsi” münasibətilə tədbir keçirilib. 1-ci sinif şagirdləri sevimli qəhrəmanları haqqında öz fikirlərini bölüşüblər.
Şagirdlər ingilis dilində təqdimatlar edərək həm nitq bacarıqlarını inkişaf etdirib, həm də oxumağa olan maraqlarını artırıblar.
“Kitab həftəsi” balacaların mütaliəyə marağının artmasına dəstək olur. Uşaqlar kitabları sevir, öz qəhrəmanlarını yaradırlar.
Həmçinin mütaliə onlarının düşünmək və yazı qabiliyyətlərinin formalaşmasına kömək edir” deyə liseydən bildirilir.
Tədbir zamanı müxtəlif təqdimatlar dinlənilib. Şagirdlərin İngilis dili üzrə bilik və bacarıqları nümayiş etdirilib.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.