Kıbrıs Universiteti ilə əməkdaşlıq müzakirə olunub
26 Sentyabr 2025
Kıbrıs Universiteti ilə əməkdaşlıq müzakirə olunub
Kaspi-nin beynəlxalq təhsil əlaqələrinin inkişafı üçün töhfə
Kıbrıs Aydın Universitetinin Uluslararası İlişkiler Direktörü Doç. Dr. Tuğrul Günay Kaspi Ağ Şəhər liseyində qonaq olub.
Görüş zamanı universitetin beynəlxalq əməkdaşlıq imkanları, tələbələr üçün təhsil perspektivləri və gələcək əməkdaşlıq yolları müzakirə olunub: "Doç. Dr. Tuğrul Günay liseyimizin təhsil mühiti ilə yaxından tanış olaraq müəllim və şagirdlərimizlə səmimi söhbətlər apardı"- deyə liseydən verilən məlumatda bildirilir.
Liseyin direktoru Həsən Həsənov bildirir ki,
bu cür görüşlər şagirdlərin gələcəkdə beynəlxalq təhsil imkanları haqqında məlumatlı olmasına, həmçinin Kaspi Təhsil Şirkətinin xarici əlaqələrinin inkişafına mühüm töhfə verir.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.