“Kiber təhlükəsizlik nədir?”

“Kiber təhlükəsizlik nədir?”

“Kiber təhlükəsizlik nədir?”

Seminarda kiber təhlükəsizlik ixtisasına yiyələnən şəxslər üçün mövcud olan karyera imkanlarından da bəhs edilib

Kaspi Ağ Şəhər liseyinin məzunu Nəzrin Hüseynli şagirdlərlə “Kiber Təhlükəsizlik nədir?” mövzusunda seminar keçirib. Seminarda əsasən “İnformasiya təhlükəsizliyi” və “Kiber təhlükəsizlik” anlayışları arasındaki oxşar və fərqli nüanslara toxunulub.

“İnformasiya təhlükəsizliyinin əsas prinsipləri – məxfiliyi (Confidentiality), bütövlüyü (Integrity) və əlçatanlığı (Availability) ifadə edən “CIA triadası” real həyat nümunələri ilə izah edildi və interaktiv müzakirələr aparıldı.

Seminar çərçivəsində həmçinin müxtəlif növ hakerlər və onların fəaliyyət istiqamətləri barədə şagirdlərlə maraqlı fikir mübadiləsi aparıldı. Şagirdlər üçün seminarın ən həyacanlı hissəsi “Şifrə oğurluğu” mövzusu oldu. Şifrələrin hansı üsullarla ələ keçirilə biləcəyi və onlardan qorunmaq üçün hansı tədbirlərin görülməli olduğu praktiki nümunələrlə izah edildi”- deyə liseydən verilən məlumatda bildirilir. 

Sonda N.Hüseynli kiber təhlükəsizlik ixtisasına yiyələnən şəxslər üçün mövcud olan karyera imkanlarından bəhs edərək, bu sahədə perspektivli peşələr haqqında ətraflı məlumat verib. O, həmçinin şagirdlərin suallarını cavablandıraraq onların maraqlandığı mövzulara aydınlıq gətirib.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız