Kaspi Təhsil Şirkətinin “Yaşıl Addımlar” layihəsi çərçivəsində töhfəsi

Kaspi Təhsil Şirkətinin “Yaşıl Addımlar” layihəsi çərçivəsində töhfəsi

Kaspi Təhsil Şirkətinin “Yaşıl Addımlar” layihəsi çərçivəsində töhfəsi

Təhsil şirkətindən “Yaşıl gələcək üçün birlikdə addımlayaq” şüarına dəstək

kaspi.edu.az xəbər verir ki, Kaspi Təhsil Şirkəti tərəfindən 3 ton 176 kq kağız yenidən emal üçün Azersun Holding-in Kağızın Təkrar Emalı fabrikinə verilib. Kağız tullantıların əvəzinə “Azərsun” şirkəti tərəfindən Kaspi Təhsil Şirkətinə kağız tullantılar üçün təkrar emal qutuları təqdim olunub. Bununla da şirkətin müəssisələri  yenidən emal və tullantıların çeşidlənməsi üçün daha çox töhfə verməkdə davam edəcək.

Xatırladaq ki, Kaspi Təhsil Şirkəti bu tip layihələrlə həmçinin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a töhfələrini davam etdirir. Təhsil şirkəti həyata keçirdiyi layihələrlə “Yaşıl gələcək üçün birlikdə addımlayaq” şüarını dəstəkləyir.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız