Kaspi Təhsil Şirkətinin rəhbərliyi 11-ci sinif şagirdləri ilə görüşüb

Kaspi Təhsil Şirkətinin rəhbərliyi 11-ci sinif şagirdləri ilə görüşüb

Kaspi Təhsil Şirkətinin rəhbərliyi 11-ci sinif şagirdləri ilə görüşüb

Görüşdə abituriyentlərin qarşılaşdıqları çətinliklər və onların səbəbləri haqqında ətraflı müzakirə aparılıb

Kaspi Bakıxanov liseyində Kaspi Təhsil Şirkətinin rəhbər heyəti ilə liseyin 11-ci sinif şagirdlərinin görüşü keçirilib.

Liseydən verilən məlumatda bildirilir ki, görüşdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, şirkətin Baş icraçı direktoru Elşən Əliyev, Baş direktorun Milli Kurikulum və Kembric Məktəbləri üzrə müavini Sahil Əliyev, liseylər üzrə akademik kurator Namik Cümşüdov iştirak edib: “Görüşdə əsas məqsəd 11-ci sinif şagirdlərinin - abituriyentlərin dərsləri, onların gələcək hədəfləri ilə yaxından tanış olmaq, qarşılaşdıqları çətinliklərlə bağlı məlumat almaq, eyni zamanda onları yeni uğurlara motivasiya etmək idi”.

Dəyirmi masa arxasında baş tutan görüşdə abituriyentlərin qarşılaşdıqları çətinliklər və bunların səbəbləri haqqında ətraflı müzakirə aparılıb: “Şagirdlərin öz hədəflərinə çatması üçün görülən işlər və bu yolda rəhbərliyin onlara hər zaman dəstəyi qeyd edildi. Eyni zamanda, qarşıdakı imtahanlarda daha uğurlu nəticələr göstərmələri üçün şagirdlərə müəyyən tövsiyələr verildi”. Görüşdə  abituriyentlərin ixtisas seçimi edərkən müasir dövrün tələblərinə cavab verəcək və ehtiyac olan ixtisas seçimləri haqqında da danışılıb.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız