Kaspi Liseylərinin II Elm Festivalı

Kaspi Liseylərinin II Elm Festivalı

Kaspi Liseylərinin II Elm Festivalı

Sərgidə şagirdlərin təcrübələri təqdim olunub

Kaspi Ağ Şəhər Liseyində və Bakıxanov Filialında II Elm Festivalı keçirilib. Festivalda şagirdlərin tədris ili ərzində müxtəlif fənlər üzrə hazırladıqları layihələrin nümayişi təşkil olunub. Sərgidə şagirdlərin fizika, kimya, biologiya, coğrafiya və s. fənlərdən ibarət təcrübələri təqdim olunub. Liseyin şagirdləri “Riyaziyyat” fənnindən hazırladıqları layihələrlə yanaşı, oyun zonası təqdim edərək fənnin əyləncəli öyrədilməsini təşkil ediblər. “Tarix” fənnini əhatə edən layihələrdə tarixdə yaşanmış maraqlı faktlar əyani vasitələrlə nümayiş etdirilib. “Ədəbiyyat” fənni ilə bağlı layihə çərçivəsində şagirdlər tərəfindən hazırlanmış kitablarla yanaşı, məktəblilərin ifasında səhnəciklər də oynanılıb. “İngilis dili” və “Rus dili” guşələrində şagirdlərin hazırladıqları təqdimatlar və kitablar qonaqlara nümayiş etdirilib.

Elm sərgisinin “İbtidai” guşəsində məktəblilər tərəfindən hazırlanmış layihələrlə yanaşı, ustad dərsləri də təqdim edilib.

Kaspi Liseyləri Tədris Şöbəsinin rəhbəri Məhəmməd Nağıyev şagirdlərin həvəs və entuziazmını ifadə edərək bildirir ki, müasir dünyada inteqrasiya və qloballaşma kimi ümumbəşəri prosesin fəal iştirakçısı olmağın yeganə yolu elm və təhsildən keçir: “Bu baxımdan, istedadlı şagirdlərin aşkar edilməsi və onların yaradıcı potensialının inkişafı ilə bağlı elmi-təcrübi yığıncaqların, konfransların və festivalların keçirilməsi zəruridir. Kaspi Təhsil Şirkəti bu nüansları nəzərə alaraq mütəmadi olaraq şagirdlərin elmi yaradıcılıq potensiallarının üzə çıxarılması, onların müxtəlif təcrübə və layihələrə cəlb olunmasına şərait yaradır”.

Kaspi Liseyləri tərəfindən artıq ənənəyə çevrilən II Elm Festivalını ümumilikdə şagirdlərin dəqiq və humanitar fənlərə, həmçinin robotika dərslərinə nə qədər önəm verdiklərinin və sonsuz sevgilərinin göstəricisi olmaqla yanaşı, liseyin müəllim kollektivinin peşəkar və gərgin əməyinin bəhrəsi də saymaq olar olar.

II Elm Festivalında Kaspi Liseyinin şagirdləri, valideynlər, eləcə də ətraf ərazidə yerləşən məktəb və bağçaların şagird və müəllimlərindən ibarət mindən çox insan iştirak edib.

Kaspi.edu.az

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız