Kaspi liseyində “Valideynlər yarışır”

Kaspi liseyində “Valideynlər yarışır”

Kaspi liseyində “Valideynlər yarışır”

Yarışma valideyn və şagirdlərlə birlikdə öyrədici, əyləncəli, xoş zaman keçirmək məqsədi daşıyıb

Kaspi Liseyi Ağ şəhər filialında 5-ci sinif şagirdlərinin valideynləri arasında “Valideynlər yarışır” riyazi - məntiq oyun yarışması keçirilib. Yarışma valideyn və şagirdlərlə birlikdə öyrədici, əyləncəli, xoş zaman keçirmək məqsədi daşıyıb.

Valideynlər "Yaşıl" və "Qırmızı" komanda olmaqla iki yerə ayrılaraq qarşılıqlı oyunlar oynayıblar.

Şagirdlərin hakim olduğu bu yarışmada sonda üstün xal hesabı ilə "Qırmızı" komanda qalib elan olunub. Komandalar mükafatlandırıldıqdan sonra valideyn və şagirdlərlə çay süfrəsi arxasında səmimi söhbət ediblər.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız