Kaspi Liseyində “Süfrə dostluğu” sərgisi keçirilib

Kaspi Liseyində “Süfrə dostluğu” sərgisi keçirilib

Kaspi Liseyində “Süfrə dostluğu” sərgisi keçirilib

Tədbir Beynəlxalq Kulinariya Gününə həsr olunub

Kaspi Ağ Şəhər Liseyində Milli Kulinariya Gününə həsr olunmuş “Süfrə dostluğu” tədbiri keçirilib. Liseydə fəaliyyət göstərən “Süfrə dostluğu” dərnəyinin təşkil etdiyi tədbir Beynəlxalq Kulinariya Gününə həsr olunub.

Xatırladaq ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib. Tədbirin keçirilməsində məqsəd süfrədə birlik, dostluq, paylaşmaq kimi dəyərləri gələcək nəsillərə ötürmək arzusudur. Dərnəyin rəhbəri Könül Abdullayevanın kaspi.edu.az-a verdiyi məlumata görə,  tədbirdə bölgələrimizə xas olan yeməklərin sərgisi təşkil olunub. Şagirdlərin hər biri müxtəlif bölgələrin yeməklərini gətirərək nümayiş etdiriblər.  

Tədbirdə həmçinin valideyn və qonaqlar bölgələrlə bağlı viktorinanın  suallarına cavab verərək təamları dadıblar. “Süfrə dərnəyi”-nin birgə paylaşdığı süfrələr yalnız yemək paylamaqdan ibarət deyil. Bu  süfrədə birlik, dostluq, paylaşmaq və gələcək nəsillərə bu dəyərləri ötürmək arzusu var. Biz hər dəfə milli mətbəximizdən danışanda, əslində tariximizdən, mədəniyyətimizdən, bir-birimizlə olan sıx bağlarımızdan da danışırıq. Bu tədbirə qatılmaqla iştirakçılar həm də mətbəximizə olan sevgini, dostluğu  və qonaqpərvərliyi süfrə başında paylaşmış oldular”.

Sərgidə liseyin rəqs dərnəyinin qızlarının milli mətbəximizlə bağlı rəqsləri tədbiri rövnəqləndirib. Dərnəyin “Gəlin, bu gözəl ənənəni birlikdə yaşadaq və yayaq!” çağırışı məmnunluqla qarşılanıb.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız