Kaspi Liseyində hekayə müsabiqəsi keçirilib

Kaspi Liseyində hekayə müsabiqəsi keçirilib

Kaspi Liseyində hekayə müsabiqəsi keçirilib

Ən yaxşı hekayə müəllifləri rəhbərlik tərəfindən mükafatlandırılıblar

Kaspi Liseyində Zəfər gününə həsr olunan hekayə müsabiqəsi keçirilib.

Liseydən kaspi.edu.az-a verilən məlumata görə, Azərbaycan dili və Ədəbiyyat fənn metodbirləşmələrinin təşəbbüsü ilə keçirilən hekayə müsabiqəsinin məqsədi müstəqillik və azadlıq uğrunda göstərilən mübarizəni, xalqın milli birliyini və qələbə ruhunu gənclərə aşılamqdır: “Bu müsabiqə həmçinin, 44 günlük Vətən Müharibəsindəki qəhrəmanlıqları və şəhidlərimizin xatirəsini əziz tutmaq, gələcək nəsillərə vətənpərvərlik duyğularını aşılayaraq, onlar üçün mənəvi yol göstərmək məqsədi daşıyır. Bu, həm də ədəbiyyatın və incəsənətin gücündən istifadə edərək, cəmiyyəti bir araya gətirməyi, unudulmaz zəfərin dərin izlərini yaşatmağı özündə ehtiva edir”.

Şagirdlər Vətən müharibəsinin qəhrəmanlıq və zəfər ruhunu öz hekayələrində hiss və düşüncələrlə əks etdirərək, bu xüsusi günün mənəvi gücünü yaşadıblar. “Hekayələr sadəcə yazı bacarıqlarını inkişaf etdirməklə qalmadı, eyni zamanda, onların vətənə olan bağlılığını və milli qürurlarını gücləndirdi”.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri şagirdlərin təqdim etdiyi hekayələri diqqətlə oxuyaraq, hər birinin yaradıcı yanaşmalarını, ifadə tərzini və mövzunun dərinliyini qiymətləndiriblər.

Müsabiqəsinin yekununda müəllimlər tərəfindən ən yaxşı əsərlər seçilib. Ən yaxşı hekayə müəllifləri rəhbərlik tərəfindən mükafatlandırılblar.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız