Kaspi Liseyi yeni tədris ilinə hazırdır

Kaspi Liseyi yeni tədris ilinə hazırdır

Kaspi Liseyi yeni tədris ilinə hazırdır

Liseyin kollektivi 2023/24-cü tədris ilini də yüksək əhval-ruhiyyə və yeniliklərlə qarşılayır

2022/2023-cü tədris ilini uğurla və yüksək nəticələrlə başa vuran Kaspi Təhsil Şirkətinin Kaspi Liseyləri yeni tədris ilini - 2023/2024-cü tədris ilini də böyük sevinc və yeniliklərlə qarşılamağa hazırlaşır. Milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan Kaspi Təhsil Şirkətinin liseyləri ənənəsinə sadiq qalaraq şagirdləri yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən təlim və tədrislə təmin edəcək. Yeni tədris ilində liseyin şagirdlərini bir sıra sürprizlər gözləyir. Məktəbin müəllim kollektivi tədris ilini yüksək əhval-ruhiyyə ilə qarşılamağa hazırdır.

Kaspi Liseylərinin direktorları kaspi.edu.az-a məktəblərdə şagirdləri gözləyən yeniliklərdən danışıb.

Təhsil təcrübəsini yaxşılaşdırmaq məqsədi ilə

Kaspi Bakıxanov Filialının direktoru Sahil Əliyev bildirdi ki, rəhbərlik etdiyi məktəb yeni tədris ilində şagirdlərin təhsil təcrübəsini yaxşılaşdırmaq məqsədi ilə ciddi addımlar atıb. Belə ki, beynəlxalq bölmə yeni tədris korpusu ilə təmin edilib, digər bölmələrin tədris otaqları genişləndirilib: “Bununla yanaşı, ikinci komputer laboratoryası açılıb. Həmçinin  şagirdləri yeni fənnlərin tədrisi də gözləyir: 7-ci siniflərə beynəlxalq Tynker platforması vasitəsi ilə proqramlaşdırma dərsləri, 9-cu siniflərə isə onlara biznes və yumşaq bacarıqları aşılayan “Liderlik və menecment” dərsi tədris olunacaq”.

Şagirdlər və valideynlər üçün yeniliklər

Kaspi Ağ Şəhər liseyinin direktoru Rəqsanə Məmmədova məlumat verdi ki, Lisey yeni tədris ilinə tam hazırdır: “Bu tədris ilində bəzi yeniliklərlə şagirdlərin və valideynlərin qarşısına çıxacağıq. Əsas yenilik kurikuluma “Liderlik və Menecement” adlı dərsin daxil edilməsidir. Bundan başqa, robotika və rəqəmsal texnologiyalar dərslərinin sayını artırmışıq, həmin dərslər aşağı siniflərdən başlayaraq, IX sinfə kimi tədris olunacaq. Əlavə olaraq, alman dili dərslərinin də sayı artırılıb. Alman dili dərsləri artıq IX-X siniflərdə də tədris olunacaq”.

Məktəbin tarixində ilk dəfə 5-6-cı siniflər

Kaspi Beynəlxalq Məktəbin (Kaspi İnternational School) direktoru Renata Novruzovanın sözlərinə görə, yeni tədris ilində beynəlxalq məktəbin müasir standartlara cavab verən genişləndirilmiş korpusu müəllim və şagirdlərin ixtiyarına veriləcək: “İlk dəfə olaraq məktəbin tarixində 5-6-cı siniflərimiz olacaq. IB/PYP proqramının davamı olaraq MYP- nin tətbiqinə başlamışıq. Məktəbə yeni xarici müəllimlər dəvət olunub. Həmçinin yeni laboratoriya avadanlıqları fəaliyyət göstərəcək. Məktəbin kitabxanası ərazi və resurs baxımından genişləndirilib. Amerika və İngiltərədən çoxsaylı kitablar safariş vermişik. Məktəbin peşəkar kollektivi yeni dərs ilinə yüksək əhval-ruhiyyə ilə başlayır”.

Kaspi Liseylərinin müəllim və şagird kollektivinə 2023/2024-cü tədris ilində yeni nəaliyyətlər arzulayırıq!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız