Kaspi Liseyi COP29-a töhfələrini davam etdirir

Kaspi Liseyi COP29-a töhfələrini davam etdirir

Kaspi Liseyi COP29-a töhfələrini davam etdirir

Tədbirlər həmçinin gənc nəsilləri ekoloji məsələlərə cəlb etmək məqsədi daşıyır

11-22 Noyabr tarixlərində Azərbaycan çox mühüm bir tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. COP29 ətraf mühitin qorunması, dayanıqlı inkişaf və gələcək nəsillərə sağlam bir dünya təslim etmək üçün qlobal miqyasda səlahiyyətli şəxsləri və mütəxəssisləri bir araya gətirir.

Ölkəmizin bütün təşkilatları, təhsil müəssisələri COP29-a müxtəlif layihələrlə öz töhfələrini verməkdə davam edirlər. Keçən tədris ilindən başlayaraq Kaspi Təhsil Şirkətinin müəssisələri də bu mövzuda müxtəlif maraqlı layihələr həyata keçirir.

Kaspi Liseyinin Ağ Şəhər filialında və Bakıxanov Liseyində keçirilən “Yaşıl dünya, sağlam həyat” adlı tədbir də COP29-a növbəti töhfə oldu.

Liseyin Kimya, Biologiya, Təbiət fənn rəhbəri Pərvanə Aslanova kaspi.edu. az-a məlumat verərək bildirdi ki, COP-29 çərçivəsində liseyin şagirdlərinin dibçəkdə gül əkməsi yalnız ekoloji fəaliyyət deyil, eyni zamanda gələcək nəsillərin ekoloji problemlərə diqqət yetirməsi və bu problemlərlə mübarizə aparması üçün bir çağırışdır: “İqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələləri dünya gündəmində durmadan ön plana çıxır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı - COP bu sahədə mühüm müzakirələrin aparıldığı bir platformadır. COP-29 da bu müzakirələrin bir hissəsidir. Bu konfransa bu il Azərbaycan ev sahibliyi edir. Kaspi liseyi olaraq biz də  bu təşəbbüsə qoşulub şagirdlərimizlə birgə dibçəkdə gül əkərək  bu konfransın əhəmiyyətini artırmaq və gənc nəsilləri ekoloji məsələlərə cəlb etmək məqsədini güdürük”. P.Aslanova bildirir ki, gül əkilməsi, sadəcə, estetik bir fəaliyyət deyil, güllər, bitkilər havanın təmizlənməsinə, karbon qazının udulmasına və ekosistemlərin zənginləşməsinə kömək edir: “Əsasən də qlobal istiləşmənin qarşısının alınmasında bitkilər önəmli yer tutur. Biz bu işə şagirdlərimizlə birgə sinif otağımızdan başlayaraq təbiəti qorumağa dəstək olmağa çalışırıq. İnanıram ki, bu şagirdlər gələcək həyatlarında da bu kimi təşəbbüslərə dəstək olacaqlar və eyni zamanda təbiətimizə daha böyük töhfələr verəcəklər. Çünki şagirdlər bitkini əkməklə bərabər həm də sinif otaqlarında ona qulluq edəcək və sulayacaqlar. Bununla da onları qorumağı öyrənəcəklər”.  Fənn rəhbəri hesab edir ki, bu təşəbbüs gənclərin ətraf mühitə olan sevgisini və bağlılığını artırmaqla yanaşı, onları iqlim dəyişikliyinə qarşı mübarizədə daha aktiv rol oynamağa təşviq edir: “Gül əkmək, yalnız gözəllik yaratmaqla kifayətlənməyib, eyni zamanda gələcəyin daha yaşıl bir dünya olmasına xidmət edir. Biz də 6 və 7-ci sinif olaraq Təbiət və biologiya fənnləri üzrə təşkil etdiyimiz bu  layihədə gələcək dünyamız üçün daha faydalı nəsil yetişdirəcəyimizə inanırıq”.

kaspi.edu.az

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız