Kaspi Beynəlxalq Məktəbi şagirdlərini daha bir yeni ünvanda qarşıladı
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Beynəlxalq Məktəbi şagirdlərini daha bir yeni ünvanda qarşıladı
- 20 Sentyabr 2024
Kaspi Beynəlxalq Məktəbi şagirdlərini daha bir yeni ünvanda qarşıladı
Kaspi Liseyi dövlətimizin təhsil siyasətinə öz töhfəsini verməkdə davam edir
Kaspi Təhsil Şirkətinin liseylərində Bilik Günü təntənə ilə - şagirdlərin aşıb-daşan sevinci, valideynlərin böyük ümidi, müəllimlərin sonsuz fərəhi ilə qeyd edilir.
Kaspi Beynəlxalq Məktəbinin (Kaspi İnternational School) yeni korpusu əllərində çiçək tutan gül balaları və onların valideynlərini Azərbaycan Dövlətinin Himni ilə qarşıladı.
Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Bu məktəbdə iş vaxtı bitir, amma müəllimlərin işi bitmir...
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva yeni tədris ilinin başlaması münasibətilə hamını təbrik etdi: “Bu yeni məktəbin açılışı əlamətdar günə və hadisələrə təsadüf edir. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir. Noyabr ayında paytaxtımızda beynəlxalq COP29 tədbiri keçiriləcək. Liseylərimiz bu beynəlxalq tədbirə öz töhfələrini verməkdə davam edir”. Təsisçi qeyd etdi ki, bu tədris ili Kaspi Təhsil Şirkətinin 17, Kaspi Liseyinin 10 illiyinin qeyd edilməsi ilə də əlamətdardır: “ Bu illər ərzində biz böyük uğurlara imza ata bilmişik. Bu həm də böyük bir müəllim ordusunun uğurudur. Biz 17 il əvvəl abituriyent hazırlıq kursları, xaricdə təhsil, bağçalarla fəaliyyətə başlayıb liseylərə doğru yol gəldik. Azərbaycanın təhsil siyasətinə öz töhfələrimizi verməkdə davam edirik. Bu 10 ildə qazanılan ödüllər sırasında çoxlu qızıl və gümüş medallar var. Biz uğurlara aşağıdan yuxarıya, pillə-pillə gəldik. İndiyə kimi olan məzunlarımızın sayı 335-dir. Onların çoxu dünyanın nüfuzlu universitetlərində təhsil alır. Məzunlarımız Amerika, Kanada, Avropa, Asiya və Türkiyənin ən sayılıb- seçilən universitetlərində oxuyurlar. Biz bu nəticələrlə qürur duyuruq. Hesab edirəm ki, o sıranın davamı bu uşaqlarla həyata keçəcək”. S.Vəliyeva valideynlərə səsləndi: “Əziz ata və analar, biz bu balaların yaxşı təhsil almasından ötrü həm maddi, həm də mənəvi olaraq əlimizdən gələni edirik və etməyə hazırıq. Biz daim dövlətimizin təhsil siyasətinə töhfələr verməyə çalışırıq. Çünki bizə etimad göstərilib və biz bu inamı doğrultmaq üçün çalışırıq. Bu uşaqlar Azərbaycan dövlətinin gələcəyidir. Ulu Öndər Heydər Əliyev “Biz elə bir nəsil yetişdiməliyik ki, onlar ölkəmizin gələcəyini çiyinlərində apara bilsinlər”-deyə müdrikliklə deyirdi. Biz bu uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması üçün lazım olan bütün addımları atırıq. Bu uşaqlar sizinki qədər bizim də övladlarımızdır. Bu məktəbdə onların təhlükəsizliyini təmin edən mühafizə sistemi var. Sizin övladlarınız burada əmin əllərdədir. Burada müəllim ordusu daim ayaq üstədir. Bu məktəbdə iş vaxtı bitir, amma müəllimlərin işi bitmir. Bütün bu işlərə görə müəllimlərə təşəkkür edirəm! Yeni tədris ilində hamıya uğurlar arzulayıram!”
Qazanılan uğurların davamı olacaq
Kaspi Təhsil Şirkətinin Baş icraçı direktoru Elşən Əliyev şagird və valideynləri yeni tədris ili münasibətilə təbrik etdi: “Əziz valideynlər və şagirdlər! Beynəlxalq Məktəbin bu korpusunun tikilməsini bütün kollektivlə bərabər valideynlərin də iştirakı ilə həyata keçirdik. Ümid edirəm ki, qazanılan uğurların davamı olacaq. Məktəb-şagird-valideyn birliyi nailiyyətlərimizə bundan sonra da təkan verəcək. Yeni tədris iliniz mübarək!”
Müxtəlif ölkələrdən müəllim və şagirdlər
Kaspi Beynəlxalq Məktəbin direktoru Renata Novruzova “Biz böyük Kaspi Şirkətinin bir hissəsiyik”- deyə şagirdləri təbrik etdi: “Bizim müxtəlif ölkələrdən müəllim və şagirdlərimiz var. Biz yenə də birlikdə fantastik bir tədris ili keçirəcək, uğurlar əldə edəcəyik”.
Tədbir bədii hissə ilə davam etdirildi.
2024/25-ci ilin ilk zəngi şagirdləri siniflərə səslədi.
Kaspi Təhsil Şirkəti bütün şagird, valideyn və müəllimlərini yeni tədris ili münasibətilə təbrik edir, hər birinə yeni -yeni nailiyyətlər arzulayır!
kaspi.edu.az