İxtisas seçimi zamanı diqqətli və ehtiyatlı davranmaq lazımdır

İxtisas seçimi zamanı diqqətli və ehtiyatlı davranmaq lazımdır

İxtisas seçimi zamanı diqqətli və ehtiyatlı davranmaq lazımdır

Valideyn və abituriyentlərin diqqətinə!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata əsasən, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2023-cü il avqustun 16-dan 28-dək in­ter­­net vasitəsilə aparılacaqdır. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötənilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr edib. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötənilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Bu mərhələdə diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.

Kaspi.edu.az Kaspi Təhsil Şirkətinin Tədris işləri üzrə akademik rəhbəri Rəsul Ağayevin ixtisas seçimi ilə bağlı müsahibəsini təqdim edir.

-II ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi hansı səviyyədədir?

-Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 10190 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 555 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2540 nəfər, ümumilikdə tələbə qəbulu planı 13285 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4325 nəfərdir.

İmtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 6803 abituriyent - Azərbaycan bölməsi üzrə 6238 nəfər və rus bölməsi üzrə 564 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 10911 abituriyent - Azərbaycan bölməsi üzrə 9870 nəfər və rus bölməsi üzrə 1041 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

-Ötən illə müqayisədə tələbə qəbulu planı nə qədər artırılıb?

-Ötən il - 2022-ci il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 775 nəfər artırılmış, rus bölməsi üzrə isə 65 nəfər azaldılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 343 nəfər artırılmışdır, cəmi tələbə qəbulu planı 1053 nəfər artırılmışdır;

Ötən il - 2022-ci il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı isə 285 nəfər artırılmışdır;

Ötən il - 2022-ci il ilə müqayisədə imtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan abituriyentlərin sayı cəmi 764 nəfər artıb: bu say Azərbaycan bölməsi üzrə 708 nəfər, rus bölməsi üzrə isə 56 nəfər artıb;

Ötən il - 2022-ci il ilə müqayisədə imtahan nəticələrinə əsasən ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı 1107 nəfər artıb: bu say Azərbaycan bölməsi üzrə 970 nəfər, rus bölməsi üzrə isə 137 nəfər artıb.

-II ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə hansı TÖVSİYƏLƏR verərdiniz?

-Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna ümumilikdə tələbə qəbulu planı 13285 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı cəmi 6803 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 10911 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlərin “tələbə” adını qazanmaq şansı var, ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 6482  (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 2374 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər azdır. Əlbəttə, abituriyentlər seçimlərini doğru şəkildə etməlidirlər.

-Dövlət sifarişi üzrə tələbə qəbulu planı neçə nəfər təşkil edir?

- Dövlət sifarişi üzrə tələbə qəbulu planı 4325 nəfər təşkil edir. Bu da o deməkdir ki, 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 4407 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 4450 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 290 baldan yuxarı nəticə göstərmişdir. Əlbəttə, balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət Sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.

3)290 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.

4)Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı ötən il - 2022-ci il illə müqayisədə bütün bal aralıqlarında artıb. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il - 2022-ci il ilə müqayisədə nisbətən artıb. Bu da o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında çox ciddi dəyişiklik baş verməyəcəkdir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 50-70-90 bal yüksək yerləri yaza bilər.

5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, rus bölməsi üzrə abituriyentlərin sayı ötən il - 2022-ci il ilə müqayisədə bütün bal aralıqlarında nisbətən artıb. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il - 2022-ci il ilə müqayisədə nisbətən azaldılıb. Bu da o deməkdir ki, rus bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında nisbətən artım baş verəcək, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 30-40-50 bal yüksək yerləri yaza bilər.

6) Onu da ayrıca vurğulayaq ki, həm Azərbaycan, həm də rus bölmələri üzrə 200-400 bal arası nəticə göstərən abituriyentlərin sayında artım var. Bu o deməkdir ki, bu bal aralığında rəqabət yüksələcəkdir. Ona görə də abituriyentlər seçimlərində çox diqqətli olmalıdırlar. Öz ballarından yüksək keçid balı olan ixtisasları çox seçməməlidirlər.

7) Ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı ötən il – 2022-ci il ilə müqayisədə, istər Azərbaycan, istərsə də rus bölməsi üzrə xeyli artmışdır. Ona görə də həmin kateqoriyaya aid olan abituriyentlər də seçim zamanı xüsusilə diqqətli olmalıdırlar: ötən ilki keçid balları təxminən yerində qalacaq, hətta keçid balı yüksələcəkdir. Onlar yalnız ödənişli əsasları seçməli və ötən ilki keçid ballarından xeyli aşağı yerləri yazmalıdırlar.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız