İxtisas seçimi zamanı diqqətli olmaq lazımdır

İxtisas seçimi zamanı diqqətli olmaq lazımdır

İxtisas seçimi zamanı diqqətli olmaq lazımdır

III ixtisas qrup üzrə abituriyentlərə TÖVSİYƏLƏR

Xəbər verdiyimiz kimi, artıq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata əsasən, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2023‑cü il avqustun 16-dan 28-dək in­ter­­net vasitəsilə aparılacaqdır. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Burada diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.

Kaspi.edu.az Kaspi Təhsil Şirkətinin Tədris işləri üzrə akademik rəhbəri Rəsul Ağayevin III ixtisas seçimi ilə bağlı təhlil və tövsiyələrini təqdim edir.

-III ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi necədir?

-Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 11185 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 1247 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 1860 nəfər, ümumilikdə tələbə qəbulu planı 14292 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4045 nəfərdir.

 Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 1250 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 265 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 260 nəfər, ümumilikdə tələbə qəbulu planı 1645 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 220 nəfərdir.

 Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna ÜMUMİLİKDƏ Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 12435 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 1512 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2120 nəfər, ümumilikdə tələbə qəbulu planı 16067 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4265 nəfərdir.

 İmtahan nəticələrinə əsasən, ümumi Dil-Tarix (DT) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 14635 abituriyent - Azərbaycan bölməsi üzrə 13334 nəfər  və rus bölməsi üzrə 1301 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 17588 abituriyent - Azərbaycan bölməsi üzrə 15918 nəfər və rus bölməsi üzrə 1670 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

 İmtahan nəticələrinə əsasən, ümumi Tarix-Coğrafiya (TC) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 3799 abituriyent - Azərbaycan bölməsi üzrə 3385 nəfər  və rus bölməsi üzrə 414 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 5677 abituriyent - Azərbaycan bölməsi üzrə 5008 nəfər və rus bölməsi üzrə 669 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

-Valideyn və abituriyentlər seçim zamanı hansı məqamlara diqqət yetirməlidirlər?

- Ötən il - 2022-ci il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 733 nəfər artırılmış, rus bölməsi üzrə 172 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 125 nəfər azaldılmış, cəmi tələbə qəbulu planı 780 nəfər artırılmışdır;

 Ötən il - 2022-ci il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 85 nəfər artırılmış, rus bölməsi üzrə 40 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 5 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 130 nəfər artırılmışdır;

 Ötən il - 2022-ci il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna ÜMUMİLİKDƏ Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 818 nəfər artırılmış, rus bölməsi üzrə 212 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 120 nəfər azaldılmış, cəmi tələbə qəbulu planı 910 nəfər artırılmışdır;

 Ötən il - 2022-ci il illə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı Dil-Tarix (DT) altqrupu üzrə 268 nəfər azaldılmış, Tarix-Coğrafiya (TC) altqrupu üzrə 60 nəfər azaldılmış; və ÜMUMİLİKDƏ 328 nəfər azaldılmışdır;

 Ötən il - 2022-ci il ilə müqayisədə imtahan nəticələrinə əsasən, Dil-Tarix (DT) altqrupu üzrə ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan abituriyentlərin sayı 678 nəfər artıb: bu say Azərbaycan bölməsi üzrə 889 nəfər artdığı halda, rus bölməsi üzrə isə 211 nəfər azalıb;

 Ötən il - 2022-ci il ilə müqayisədə imtahan nəticələrinə əsasən Dil-Tarix (DT) altqrupu üzrə ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı 1016 nəfər artıb: bu say Azərbaycan bölməsi üzrə 963 nəfər, rus bölməsi üzrə isə 53 nəfər artıb;

 Ötən il - 2022-ci il ilə müqayisədə imtahan nəticələrinə əsasən Tarix-Coğrafiya (TC) altqrupu üzrə ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan abituriyentlərin sayı 1643 nəfər artıb: bu say Azərbaycan bölməsi üzrə 1517 nəfər, rus bölməsi üzrə isə 126 nəfər artıb;

 Ötən il - 2022-ci il illə müqayisədə imtahan nəticələrinə əsasən Dil-Tarix (DT) altqrupu üzrə ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı 2539 nəfər artıb: bu say Azərbaycan bölməsi üzrə 2304 nəfər, rus bölməsi üzrə isə 235 nəfər artıb.

-III ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlər hansı TÖVSİYƏLƏR-ə diqqət yetirməlidirlər?

-Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə tələbə qəbulu planı 14292 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı  14635 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 17588 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 343  (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 3296 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Bu olduqca böyük bir rəqəmdir. Dil-Tarix (DT) altqrupu üzrə 210/220 baldan aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimində çox diqqətli olmalıdır.

 Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə tələbə qəbulu planı 1775 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı  3799 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 5677 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 2024  (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 3902 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Bu, olduqca böyük bir rəqəmdir. Tarix-Coğrafiya (TC) altqrupu üzrə 310/320 baldan aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimində çox diqqətli olmalıdır.

-Dövlət sifarişi üzrə tələbə qəbulu planı necədir?

-Dövlət sifarişi üzrə tələbə qəbulu planı Dil-Tarix (DT) altqrupu üzrə 4045 nəfər təşkil edir. Bu da o deməkdir ki, 430-440 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 4366 abituriyent 430 baldan yuxarı nəticə göstərmişdir.

 Dövlət sifarişi üzrə tələbə qəbulu planı Tarix-Coğrafiya (TC) altqrupu üzrə 220 nəfər təşkil edir. Bu da o deməkdir ki, 420-430 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 254 abituriyent 460 baldan yuxarı nəticə göstərmişdir.

Əlbəttə, balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.

 Dil-Tarix (DT) altqrupu üzrə 430 baldan aşağı, Tarix-Coğrafiya (TC) altqrupu üzrə 460 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.

 Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il - 2022-ci il ilə müqayisədə Dil-Tarix (DT) altqrupunda Azərbaycan bölməsi üzrə bütün bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və nisbətən artacaq; Ona görə də seçim zamanı diqqətli olmaq lazımdır. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il - 2022-ci il ilə müqayisədə nisbətən artırılmışdır. Bu da abituriyentlərin xeyrinə olan bir amildir.

 Dil-Tarix (DT) altqrupunda rus bölməsi üzrə bütün bal aralıqlarında abituriyentlərin sayında nisbətən azalma var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və nisbətən aşağı düşəcək; ona görə də seçim zamanı 30-40-50 bal yuxarı yerləri yazmaq olar. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il - 2022-ci il ilə müqayisədə nisbətən artırılmışdır. Bu da abituriyentlərin xeyrinə olan bir amildir.

 Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il - 2022-ci il ilə müqayisədə Tarix-Coğrafiya (TC) altqrupunda Azərbaycan bölməsi üzrə bütün bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və artacaq; ona görə də seçim zamanı diqqətli olmaq lazımdır. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il - 2022-ci il ilə müqayisədə nisbətən artırılmışdır. Bu da abituriyentlərin xeyrinə olan bir amildir.

 Tarix-Coğrafiya (TC) altqrupunda rus bölməsi üzrə bütün bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və artacaq; ona görə də seçim zamanı diqqətli olmaq lazımdır. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il - 2022-ci il ilə müqayisədə nisbətən artırılmışdır. Bu da abituriyentlərin xeyrinə olan bir amildir.

 Ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayında ötən il - 2022-ci il illə müqayisədə, Azərbaycan və rus bölmələrində artım, çoxalma vardır. Ona görə də həmin kateqoriyaya aid olan abituriyentlər seçim zamanı xüsusilə diqqətli olmalıdırlar: ötən ilki keçid balları təxminən yerində qalacaq, hətta keçid balı yüksələcəkdir. Onlar yalnız ödənişli əsasları seçməli və ötən ilki keçid ballarından xeyli aşağı yerləri yazmalıdırlar. Çünki onların ali təhsil müəssisələrinə qəbul ola bilməmək kimi ehtimalı çox yüksəkdir.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız