İbtidai sinif şagirdlərinin Ana dili sevgisi

İbtidai sinif şagirdlərinin Ana dili sevgisi

İbtidai sinif şagirdlərinin Ana dili sevgisi

Ana dilimizin zənginliyini, qorunmasını və inkişaf etdirilməsinin vacibliyini çatdırmaq

Kaspi Ağ Şəhər liseyində ibtidai sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

“Tədbirin əsas məqsədi ana dilimizin zənginliyini, onun qorunması və inkişaf etdirilməsinin vacibliyini çatdırmaq idi. Ana Dilinə həsr olunmuş bu tədbir hər kəs tərəfindən böyük maraqla qarşılandı və dilimizin milli kimliyimizdəki vacib rolunu bir daha vurğuladı”- deyə liseydən verilən məlumatda bildirilir.

Proqram çərçivəsində Azərbaycan ədəbiyyatının Şah İsmayıl Xətai, Nizami Gəncəvi, Üzeyir Hacıbəyov, Bəxtiyar Vahabzadə kimi görkəmli şəxsiyyətlərinin obrazları canlandırılıb.

Ana dilinə sevginin layladan başladığını ifadə edən musiqili kompozisiya təqdim olunub.

Xor kollektivi ana dilinə həsr olunmuş mahnılar səsləndirərək tədbirə xüsusi rəng qatıblar.

Tədbirdə müxtəlif xalqların nümayəndələri olan şagirdlərin öz dillərində şeirlər səsləndirməsi dil müxtəlifliyinin gözəlliyini və dostluq ruhunu əks etdirib.

Liseyin 1-ci sinif şagirdi öz yazdığı şeiri oxuyaraq dilə olan sevgisini ifadə edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız