“İbrahimin uğuru bizim hamımızın uğurudur!

“İbrahimin uğuru bizim hamımızın uğurudur!

“İbrahimin uğuru bizim hamımızın uğurudur!

Məzunumuz Kaspi Təhsil Şirkətinin qonağı oldu

Kaspi Liseyinin məzunu, Dövlət Təqaüd Proqramı çərçivəsində Londonun aparıcı universitetlərindən “Imperial College”-də Aviasiya və Kosmos mühəndisliyi üzrə təhsil almaq hüququ qazanan İbrahim Valehli Kaspi Təhsil Şirkətinin qonağı olub.

Kaspi Təhsil Şirkətinin İdarə heyətinin sədri Sona Vəliyeva və şirkətin Baş icraçı direktoru Elşən Əliyev Kaspi məzununu və onun valideynini qəbul edərək, İbrahim Valehlinin möhtəşəm nailiyyətlərini bir daha təbrik ediblər. S.Vəliyeva görüşdə məzunumuzu təbrik edərək bildirib ki, İbrahim Valehli öz zəhməti, əzmi və bilikləri ilə həm Kaspi liseyinin, həm də Azərbaycan təhsilinin adını dünyada ucaldır: “İnanıram ki, İbrahim Vətəninə layiqli vətəndaş olacaq, milli-mənəvi dəyərlərə malik və müasir biliklərə nail olaraq ölkəmizin quruculuğuna öz töhfəsini verəcək. İbrahimin uğuru bizim hamımızın uğurudur! Məzunumuzun nailiyyəti bütün gənclərimiz üçün ilham mənbəyidir”.

İ. Valehliyə KTŞ adından mükafat və Nizami Gəncəvinin “Xəmsə”si hədiyyə olunub.

Kaspi ailəsi olaraq İbrahim Valehliyə beynəlxalq səviyyədə daha böyük zirvələr fəth etməsini arzulayırıq!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız