Görüşdə Vətənə xidmətin əhəmiyyətindən, əsgərlərin sağlamlığını qorumağın yollarından və hərbi tibbin vacibliyindən danışılıb
Kaspi Ağ Şəhər Liseyində Zəfər Günü münasibətilə Vətən müharibəsi qazısı, hərbi həkim Ağa Ağazadə ilə görüş keçirilib.
kaspi.edu.az xəbər verir ki, görüş şagirdlərdə vətənpərvərlik ruhunun artırılması, onların hərbi və tibbi sahədə məlumatlanmasını təmin etmək məqsədi daşıyıb. Qonaq liseyin 5-ci sinif şagirdlərinə öz həyat təcrübəsindən danışıb, Vətənə xidmətin əhəmiyyətini, əsgərlərin sağlamlığını qorumağın yollarını və hərbi tibbin vacibliyini vurğulayıb. Şagirdlər hərbi tibbin təməl prinsipləri, ekstremal şəraitdə tibbi yardımlar, döyüş sahəsində yaralıların təxliyəsi və digər praktiki mövzular haqqında məlumat əldə ediblər.
Övladları Kaspi Ağ Şəhər liseyində təhsil alan A.Ağazadə təhsil müəssisəsinin peşəkar təlim-tədrisinə görə liseyin rəhbərliyinə təşəkkürünü bildirib.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.