Görüşdə “İxtiralar aparmaq üçün hansı işləri görmək lazımdır? sualı ətrafında müzakirələr aparılıb
Gənc tədqiqatçı, 11-ci sinif şagirdi Cəmil Məmmədov qonaq spiker kimi Kaspi liseyinin şagirdləri ilə görüşüb. O dostları ilə Biologiya sahəsində hazırladığı “Neuro claws” adlı mövzusu ilə maraqlı seminarla çıxış edib.
“Cəmil və komandası heyvanlar üzərində təcrübə aparır, onların təzyiqini ölçmək üçün stressölçən aparat hazırlamaq istəyirlər. Bunun üçün beynəlxalq layihələrdə, yarışmalarda iştirak edirlər”- deyə liseydən verilən məlumatda bildirilir.
C.Məmmədov görüşdə şagirdlərə öz layihəsi haqqında məlumat verib və “İxtiralar aparmaq üçün hansı işləri görmək lazımdır?” istiqamətində auditoriyanın suallarını cavablandırıb.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.