Gələcək Liderlərin Mübadilə Proqramı (FLEX) 2024-2025 akademik ili üçün artıq açıq elan olunub

Gələcək Liderlərin Mübadilə Proqramı (FLEX) 2024-2025 akademik ili üçün artıq açıq elan olunub

Gələcək Liderlərin Mübadilə Proqramı (FLEX) 2024-2025 akademik ili üçün artıq açıq elan olunub

Müraciət üçün son tarix: 10 oktyabr, 2023 
Gələcək Liderlərin Mübadilə Proqramı (FLEX) 2024-2025 akademik ili üçün artıq açıq elan olunub. FLEX Proqramının 2024-25 akademik ili üçün imtahanı 2023-cü ilin avqust ayından başlayaraq ONLAYN şəkildə keçiriləcək. Maraqlanan şagirdlər https://ais.americancouncils.org/flex linkinə daxil olaraq qeydiyyatdan keçib ərizə formalarını doldura bilərlər. Proqram haqqında daha ətraflı məlumat aşağıda qeyd olunmuşdur. 

Seçim prosesi 
1-ci tur: Bu turda şagirdlər ilkin onlayn ərizə formasını 10 gün ərzində təsdiq etməlidirlər. 

2-ci tur: Ərizə formasını təsdiq etdikdən sonra şagirdlər email vasitəsi ilə onlayn ingilis dili testində iştirak etməyə dəvət olunurlar. 

3-cü tur: Bu yarımfinal turu noyabr ayında başlayacaq və müsahibə, daha 3 inşa sualı, daha geniş müraciət formu və ingilis dili testindən ibarət olacaqdır. Bu mərhələyə keçən şagirdlərə Amerika Beynəlxalq Təhsil Şurası ofisi dəvət göndərəcəkdir. 

Uyğunluq tələblər

Müsabiqədə iştirak edən şagirdlər aşağıdakı tələblərə cavab verməlidir: 

15 fevral 2006 – 15 iyul 2009-cu il tarixləri arasında anadan olmalı. 

Müraciət edən zaman 11-ci sinifdə oxumalı və ingilis dilini yaxşı və ya əla bilməlidir. 

ABŞ-ın viza uyğunluğu tələblərinə cavab verməlidir. 

Son 5 ildə ABŞ-da 3 aydan artıq qalmamalıdır. 

Azərbaycan vətəndaşı olmalıdır. 

Fiziki məhdudiyyətli şagirdləri də müsahibədə iştirak etməyə dəvət edirik. Hər il fiziki məhdudiyyətli şagirdlər ABŞ-da bu proqramda iştirak edirlər. Daha öncəki illərdə görmə, eşitmə məhdudiyyətli və inkişaf pozğunluğu olan şagirdlər FLEX proqramında iştirak ediblər. 

FLEX ABŞ Dövlət Departamentinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqramıdır. Bu təqaüd proqramı iştirakçılara 1 təhsil ili ərzində Amerikalı ailədə yaşamaq və ABŞ məktəbində oxumaq şansını verir. FLEX proqramı təyin olunmuş əsas uyğunluq tələblərinə cavab verən bütün şagirdlər üçün açıqdır.  
Maraqlanan şəxslər bu formu doldura bilərlər: https://ais.americancouncils.org/flex   

Əlavə məlumat ücün [email protected] email ünvanına yazın və ya 012 436 75 29 zəng edin. 
Instagram: FLEXAzerbaijan, AmericanCouncilsAzerbaijan, FLEXAlumniAz 

Facebook: American Councils for International Education Azerbaijan

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız