Fizika təbiəti öyrənən elmlərin ən mühümüdür

Fizika təbiəti öyrənən elmlərin ən mühümüdür

Fizika təbiəti öyrənən elmlərin ən mühümüdür

Kaspi Liseylərində Blok  imtahan fənni olaraq Fizika dərsləri DİM proqramına uyğun təşkil edilir

Kaspi Liseylərinin Fizika  Fənn rəhbəri Kəmalə Ağasiyeva  kaspi.edu.az-a müsahibəsində Fizika fənninin şagirdlərin həyatında oynadığı roldan və şagirdlərin fənnə marağından danışıb:

-Kəmalə xanım, çox vaxt şagirdlərin “Fizika  nə üçün lazımdır?” sualı ilə qarılaşırıq. Fizikanı bilmək şagirdlərə nə üçün lazımdır?

-Fizika həyatda  rastlaşdığımız  bir çox hadisələrin tam izahını verən fəndir. Təbiətdə və gündəlik həyatda  baş verən dəyişikliklərin izahını məhz Fizika fənni verir. Təbiət qanunları dünyanın və hər cür texnikanın davranışını proqnozlaşdırmaq üçün istifadə edilə bilər. Günümüzdə aldığımız gündəlik texnoloji ixtiraların çoxu fizikada edilən kəşflərin nəticəsidir. Fizikadakı əsas qanunlar universaldır, amma dövrümüzdəki fizika elə bir geniş sahədir ki, onu bir çox bölmələrə ayırmaq olar və onlar artıq ayrı-ayrı elmlər kimi qəbul edilir. Fizika təbiəti öyrənən elmlərin ən mühümüdür. O, bizi əhatə edən aləmin quruluşunu, xassələrini və orada baş verən hadisələrin ümumi qanunlarını öyrənir. Fizika - nanodünyadan tutmuş, makrokosmosdakı planetlərə, günəş sistemlərinə və qalaktikalara qədər hər şeyin fiziki qanunlarını tapmaq məqsədi ilə təcrübələrə, ölçülərə və riyazi təhlilə əsaslanan təbiət elmidir.

-Fikirlər var ki, Fizikanı rahat öyrənmənin əsas şərti müşahidədir. Tədris proqramını şagirdlərin öyrənmə səviyyələrinə və maraq dairələrinə necə uyğunlaşdırırsınız?

-Bildiyimiz kimi, Fizika  məntiq, təfəkkür, düşünmə, analizetmə, sintezetmə, tətbiqetmə bacarıqlarını özündə ehtiva edən və buna əsaslanan elmdir. Buna görə tədris prosesində şagirdlərə fənnin məqsədini tam izah etmək və onlarda bu bacarıqların inkişaf etməsi üçün çalışmaq hər bir Fizika müəlliminin vəzifəsidir. Fizika maraqlıdır, əyləncəlidir və təbii ki, çətinlikləri də çoxdur. Çətin olan bir işi görmək də daha zövqlüdür.

Bizim komandamız da tədris proqramını hər zaman şagirdlərin həm öyrənmə səviyyələrinə, həm də maraq dairələrinə uyğunlaşdırmaqla bu fənni tədris etməyə çalışır. Eləcə də, dərslərimizdə “Fizikanı toxunaraq, tətbiq edərək, müşahidə edərək öyrənək” prinsipi ilə işləməyə çalışırıq. Şagirdlərimizlə müxtəlif bacarıqyönümlü dərslər qurulur ki, bu zaman təhsilalanlar əldə etdikləri biliklərin praktiki olaraq tətbiqini edə bilir, yaxud hər hansı hadisələri təcrübələr edərək əyani müşahidə edir, ölçmə-qiymətləndirmə aparırlar.

-Lisey şagirdlərinin Fizika fənni ilə bağlı bilik yarışlarında hansı uğurları var?

-Son illərdə beynəlxalq yarışma və olimpiadalarda bizim Kaspi liseylərinin şagirdlərinin də uğurları yer alıb. Onlar müxtəlif dərəcəli yarışlarda medallar qazanıblar. Məktəbimizdə bu istiqamətdə hərtərəfli hazırlıqlar da keçirilir. Xüsusi bilik və potensialı olan şagirdlər olimpiada dərslərinə cəlb olunur, müxtəlif bilik yarışlarına yönləndirilir. Uğurlu nəticələr də çoxdur.

-Şagirdlər Fizika ilə bağlı sınaq imtahanlarında mütəmadi iştirak edirlərmi? Yaranan boşluqları necə aradan qaldırırsınız?

- Kaspi liseyi olaraq mütəmadi  şagirdlərimiz üçün sınaq imtahanları təşkil edirik. Eyni zamanda, DİM-in  təşkil etdiyi sınaq imtahanlarında da şagirdlərimizin aktiv iştirakını təmin edirik. Şagirdlərimiz çətinliklə qarşılaşarsa, sınaq testləri birlikdə müzakirə olunur və bütün problemlərin aradan qaldırılmasına çalışırıq. Lazım olduqda əlavə dərslər və tapşırıqlar verərək şagirlərimizə dəstək oluruq.

-Qəbul imtahanları zamanı abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarını necə müəyyənləşdirib kömək edirsiniz?

-Abituriyentlərin çətinlik çəkdikləri test tapşırıqları haqda metodik tövsiyələr verilir. Həmin tapşırıqlara aid test nümunələri hazırlayıb onların daha yaxşı anlamalarına dəstək olmağa çalışırıq.

-“Fənnə olan sevgini çox vaxt müəllimlər yaradır” fikrindən çıxış etsək bu fənni şagirdlərinizə sevdirmək üçün hansı əlavə vasitələrdən istifadə edirsiniz?

-Fizika elə bir fəndir ki, mövzunu şagirdə izah edəndə fizikanın görünməyən ecazkar mühitinə düşürsən. Məncə, müəllim fizikanı elə tədris etməlidir ki, şagird o fənni ürəkdən hiss etsin, sevsin. Dərsi oyunlar, krossvord və təcrübələrlə zəngin etmək, bütün proseslərin həyatla sıx əlaqəsini  göztərməklə Fizika fənnini  şagirdlərə sevdirə bilərik.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız