“Ən əziz insan – Ana”

“Ən əziz insan – Ana”

“Ən əziz insan – Ana”

Tədbir uşaqların analarına olan sevgisini ifadə etmələri üçün unudulmaz bir fürsət olub

Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunda “Ən əziz insan – Ana” adlı tədbir keçirilib. Anaların fədakarlığını və sevgisini qiymətləndirmək məqsədilə keçirilən tədbirə hər bir ana övladının təhsil aldığı sinfə dəvət olunub. Analar üçün xüsusi bir proqram hazırlanıb.

Liseydən verilən məlumata görə, tədbirdə uşaqlar ana sevgisini tərənnüm edən şeirlər söyləyib, mahnılar və musiqi nömrələri ifa ediblər.

Analara həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Uşaqlar öz əlləri ilə hazırladıqları açıqcaları və hədiyyələri analarına təqdim ediblər.

“Bu gözəl tədbir uşaqların analarına olan sevgisini ifadə etmələri üçün unudulmaz bir fürsət oldu. Ana – dünyanın ən müqəddəs varlığıdır və onların fədakarlığı hər zaman yüksək qiymətləndirilməlidir!” 

Bayramınız mübarək əziz analar!

Bayramınız mübarək əziz qadınlar!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız