Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Kaspi Təhsil Şirkəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu tarix mühüm rol oynayır.

Artıq 3 ildir ki, Həmrəylik Gününü fərqli ab-havada qeyd edirik. Bu bayramın sevincinə işğaldan azad olunan torpaqlarımızın, suverenliyi tam bərpa olunan ölkəmizin əhalisinin sonsuz sevinci də qarışıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Bu gün xalqımız, dünyada yaşayan bütün azərbaycanlılar Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasətini uğurla davam etdirən, ölkəmizi dünyada tanıdan Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Kaspi Təhsil Şirkəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Ölkəmizə daima sülh, əmin-amanlıq, xalqımıza firavanlıq arzulayır!

Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız