Cambridge bölməsində “Riyaziyyat Həftəsi” başladı

Cambridge bölməsində “Riyaziyyat Həftəsi” başladı

Cambridge bölməsində “Riyaziyyat Həftəsi” başladı

Şagirdlər yaradıcı və interaktiv fəaliyyətlərlə Riyaziyyata sevgini kəşf edirlər

Kaspi Liseyinin Cambridge bölməsində "Riyaziyyat Həftəsi" şagirdlərə yaradıcılıq, problem həlletmə və komanda işini inkişaf etdirmək üçün bir sıra maraqlı və interaktiv fəaliyyətlər təqdim edir. 2-6 dekabr tarixləri arasında keçirilən həftəlik tədbir şagirdlərə riyaziyyatın əyləncəli və praktiki tərəflərini aşılamağı hədəfləyir.

Kaspi Bakıxanov liseyinin Jurnalistika dərnəyindən verilən məlumatda bildirilir ki, şagirdlər Riyaziyyat mövzusunda hazırladıqları kostyumları ilə çıxış edirlər: “Riyaziyyat Həftəsinin ən maraqlı anlarından biri şagirdlərin əl işlərindən hazırladıqları riyaziyyat mövzusunda kostyumlarını təqdim etmələri oldu. Rəqəmlər, fiqurlar, həndəsi naxışlar və kalkulyatorlar kimi riyaziyyatla əlaqəli elementlərlə bəzədilmiş kostyumlarla çıxış edən şagirdlər bu mövzunu əyləncəli bir şəkildə təmsil etdilər”.

Həftə çərçivəsində 1-ci siniflər üçün əyləncəli yarış- Riyaziyyat Sürət Yarışı keçirilib: “Bu yarışda şagirdlər doğru cavabları tez bir şəkildə taparaq növbəti mərhələyə keçməyə çalışdılar. Yarış riyaziyyatın əyləncəli və sürətli tərəfini şagirdlərə tanıtdı”.

Liseydə “Riyaziyyat Həftəsi” ərzində maraqlı dərslər və fəaliyyətlər davam edir. Belə ki, şagirdlər dərslərdə daha çox əyləncəli və maraqlı fəaliyyətlərə qatılacaq. “Hazırlanan xüsusi dərslər və təlimlər şagirdlərin riyaziyyata olan marağını artırmağa və onları problem həll etmə bacarıqlarını inkişaf etdirməyə yönəlib. Bu həftə riyaziyyatın yalnız nəzəri biliklərlə məhdudlaşmadığını, həm də əyləncəli və yaradıcı tərəfləri olduğunu göstərmək məqsədi daşıyır. “Riyaziyyat Həftəsi” şagirdlərin bu fənnə olan sevgisini artırmağa və onları daha fəal iştirakçı etməyə xidmət edir”.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız