S.Vəliyeva: “Mən əminəm ki, bu seçkidə cənab Prezident qalib gələcək”
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Azərbaycanın müasir tarixində ilk dəfə olaraq səsvermə ölkənin bütün ərazisini əhatə edir. Xalqımız ən layiqli namizədə səs verir. Ölkə vətəndaşları səsvermə prosesində fəal iştirak edirlər.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva da seçkilərdə iştirak edib. S.Vəliyeva 33 saylı Xətai I Seçki dairəsinin 38 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. “Bu səsvermədə iştirak etmək qürurvericidir. Biz artıq qalib xalq kimi səs veririk. Mən də öz vətəndaş kimi seçici hüququmdan istifadə edərək səs verdim”- deyə S.Vəliyeva açıqlamasında bildirib. S.Vəliyeva seçkidə Prezident İlham Əliyevin qalib gələcəyinə inamını ifadə edib: “Mən əminəm ki, bu seçkidə cənab Prezident qalib gələcək. Çünki zəfər qazanmış bir ölkənin prezidentidir. Xalqımız əmindir ki, bundan sonra da Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi altında yeni nailiyyətlərə və qələbələrə doğru hərəkət edəcək. Dövlətimə, xalqıma, millətimə xeyirli olsun!”
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.