“Bir olaq, yumruq olaq!” liseyin balaca “jurnalistlərinin” gözü ilə

“Bir olaq, yumruq olaq!” liseyin balaca “jurnalistlərinin” gözü ilə

“Bir olaq, yumruq olaq!” liseyin balaca “jurnalistlərinin” gözü ilə

Jurnalistika dərnəyinin üzvləri təəssüratlarını yazıblar

2025-ci il yanvarın 10-da Kaspi Bakıxanov liseyində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Bir olaq, yumruq olaq!” adlı tədbir və “Kaspi istedad sorağında” müsabiqəsinin final mərhələsi keçirilib. Liseyin Jurnalistika dərnəyinin üzvləri də bu tədbirdə iştirak ediblər. Dərnək üzvlərinin kaspi.edu.az-a ünvanladıqları təəssüratlarını təqdim edirik: “Müsabiqənin məqsədi şagirdlərin istedad və bacarıqlarını nümayiş etdirməkdir. İştirakçılar qısa müddət ərzində rəqs, rəsm, musiqi, heykəltəraşlıq, aktyorluq və idman sahələrində öz bacarıqlarını nümayiş etdirdilər. Bəzi şagirdlər iş nümunələri hazırlayarkən, digərləri tədbirə gəlmiş qonaqlara və münsiflər heyətinə nümayiş etdirdilər”.

Jurnalstika dərnəyi məlumat verir ki, gimnastika sahəsində finala yüksəlmiş İnci Əlizadə yarışın ən kiçik iştirakçısı olub: “Yarımfinalda uğur qazanan İnci əvvəlki yarışlarda iki dəfə 2-ci yerə layiq görülmüşdü. Bu tədbir bütün iştirakçılarımız üçün çox maraqlı və həyəcanlı keçdi”.

Tədbirin sonunda, yekun səsvermə nəticəsində qaliblər açıqlandı:

1-ci yer – Təhminə və Aylin Səmədli (rəqs)

2-ci yer – Mehdi Səlim (rəsm)

3-cü yer – Səməd Allahverdi (musiqi və yazıçılıq)

Digər bütün iştirakçılar sertifikatla mükafatlandırıldılar.

Tədbirin təşkilatçıları qalibləri təbrik edərək, onlara sənət və təhsil həyatlarında uğurlar arzu etdilər.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız