Azərbaycan Gənclərinin Günü

Azərbaycan Gənclərinin Günü

Azərbaycan Gənclərinin Günü

Ölkəmizin gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşib

Gənclər Günü – ölkəmizin gənclərinə həmişə böyük diqqət və qayğı ilə yanaşan, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün tam əminliklə demək olar ki, gəncliyə və gənclərə qayğı yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətimizin başçısının sərəncamı ilə təsdiq olunan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır.

Kaspi Təhsil Şirkəti hər il bu tarixi böyük sevinc və həyəcanla qeyd edir. Hər il Gənclər Günü ilə bağlı liseyin məzunları ilə görüşlər keçirilir, onların ali təhsilləri, iş həyatları ilə maraqlanır, ürək sözləri dinlənilir, ehtiyacları öyrənilir. Kaspi Liseyləri məzunlarından diqqət və qayğısını heç zaman əsirgəmir.

Fevralın 4-də Kaspi Təhsil Şirkətinin Ağ Şəhər Liseyi yenə Gənclər Günü münasibətilə qapılarını məzunlarının üzünə açacaq.

Bütün məzunlarımızı səbirsizliklə gözləyirik!

Kaspi Təhsil Şirkəti Azərbaycan gənclərini Gənclər Günü münasibətilə təbrik edir və ölkəmizə layiqli vətəndaş olmalarını arzulayırıq!

Kaspi.edu.az

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız