Abituriyentlər ixtisas seçimi edərkən...

Abituriyentlər ixtisas seçimi edərkən...

Abituriyentlər ixtisas seçimi edərkən...

I ixtisas qrup üzrə abituriyentlərə TÖVSİYƏLƏR

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM-dən verilən məlumata görə, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2023‑cü il avqustun 16-dan 28-dək in­ter­­net vasitəsilə aparılacaq. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Bu mərhələdə xüsusən diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.

Kaspi.edu.az Kaspi Təhsil Şirkətinin Tədris işləri üzrə akademik rəhbəri Rəsul Ağayevin I ixtisas seçimi ilə bağlı təhlil və tövsiyələrini təqdim edir.

I ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi:

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ildə hazırlanmış qərar layihəsinə uyğun olaraq, I ixtisas qrupunun daxilində 2 altqrup yaradılıb: RK (Riyaziyyat-Kimya) və Rİ (Riyaziyyat-İnformatika) altqrupları. İxtisaslar da müvafiq altqruplar üzrə bölünüb: informatika yönümlü ixtisaslar Rİ altqrupuna daxil edilib.

RK altqrupuna daxil olan ixtisasların siyahısı

Rİ altqrupuna daxil olan ixtisasların siyahısı

Aerokosmik mühəndislik

İnformasiya təhlükəsizliyi

Aqromühəndislik

İnformasiya texnologiyaları

Aqronomluq

İnformatika müəllimliyi

Aviasiya təhlükəsizliyi mühəndisliyi

Kompüter elmləri

Balıqçılıq

Kompüter mühəndisliyi

Cihaz mühəndisliyi

Mexatronika və robototexnika mühəndisliyi

Dəniz naviqasiyası mühəndisliyi

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Ekologiya mühəndisliyi

Riyaziyyat və informatika müəllimliyi

Elektrik və elektronika mühəndisliyi

Energetika mühəndisliyi

Fizika

Fizika müəllimliyi

Gəmi energetik qurğularının istismarı mühəndisliyi

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

Geologiya

Geologiya və geofizika mühəndisliyi

Geomatika və geodeziya mühəndisliyi

Hava nəqliyyatının hərəkətinin təşkili

Hərbi kompozisiya materialları mühəndisliyi

Hərbi rabitə vasitələri mühəndisliyi

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

İnşaat mühəndisliyi

Kimya mühəndisliyi

Kommunikasiya sistemlər mühəndisliyi

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Maşın mühəndisliyi

Materiallar mühəndisliyi

Mədən mühəndisliyi

Meliorasiya mühəndisliyi

Memarlıq

Meşəçilik

Metallurgiya mühəndisliyi

Mexanika

Mexanika mühəndisliyi

Mühəndis fizikası

Neft-qaz mühəndisliyi

Nəqliyyat mühəndisliyi

Nəqliyyat mühəndisliyi

Nəqliyyat mühəndisliyi (sahələr üzrə)

Nəqliyyat tikintisi mühəndisliyi

Optoteknika mühəndisliyi

Pirotexniki və partlayıcı maddələr mühəndsiliyi

Qida  mühəndisliyi

Qida mühəndisliyi

Radiotexnika və telekommunikasiya mühəndisliyi

Riyaziyyat

Riyaziyyat müəllimliyi

Şəhərsalma

Sənaye mühəndisliyi

Şərabçılıq

Silah və silah sistemləri mühəndisliyi

Texnologiya müəllimliyi

Torpaqşünaslıq və aqrokimya

Uçuş mühəndisliyi

Yerquruluşu və daşınmaz əmlakın kadastrı

Zoomühəndislik

Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-Kimya (RK) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 9345 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 565 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2336 nəfər, ümumilikdə tələbə qəbulu planı 12246 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 8398 nəfərdir.

Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 4280 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 415 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 1445 nəfər, ümumilikdə tələbə qəbulu planı 6140 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4950 nəfərdir.

Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna ÜMUMİLİKDƏ Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 13625 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 980 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 3781 nəfər, ümumilikdə tələbə qəbulu planı 18386 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 13348 nəfərdir.

İmtahan nəticələrinə əsasən, Riyaziyyat-Kimya (RK) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 10882 abituriyent - Azərbaycan bölməsi üzrə 9910 nəfər  və rus bölməsi üzrə 972 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 16563 abituriyent - Azərbaycan bölməsi üzrə 14982 nəfər və rus bölməsi üzrə 1581 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

İmtahan nəticələrinə əsasən, ümumi Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 6437 abituriyent - Azərbaycan bölməsi üzrə 5762 nəfər  və rus bölməsi üzrə 675 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

Aşağıdakı məqamlara diqqət yetirin:

1) Ötən il - 2022-ci illə müqayisədə Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 1350 nəfər (RK+Rİ altqrupları üzrə birlikdə) artırılmış, rus bölməsi üzrə 45 nəfər (RK+Rİ altqrupları üzrə birlikdə) artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 572 nəfər (RK+Rİ altqrupları üzrə birlikdə) artırılmış, cəmi tələbə qəbulu planı 1967 nəfər (RK+Rİ altqrupları üzrə birlikdə) artırılmışdır.

2) Ötən il - 2022-ci illə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı 2563 nəfər (RK+Rİ altqrupları üzrə birlikdə) artırılmışdır.

I ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə TÖVSYƏLƏR:

1) Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-Kimya (RK) altqrupu üzrə tələbə qəbulu planı 12246 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı  10882 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 16563 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, Müsabiqənin 1-ci şərti üzrə bütün abituriyentlərin “tələbə” adını qazanmaq şansı var, çünki abituriyentlərin sayı plan yerlərinin sayından 1364  nəfər azdır. Lakin Müsabiqənin 2-ci şərti üzrə abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki  abituriyentlərin sayı isə plan yerlərinin sayından  3060 nəfər azdır. Bu olduqca böyük bir rəqəmdir və əlbəttə abituriyentlər seçimlərini doğru şəkildə etməlidirlər.

Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-İnformatika (Rİ)  altqrupu üzrə tələbə qəbulu planı 6140 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı  6437 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 297  (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) nəfər çoxdur.

2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 8398 nəfər təşkil edir. Bu da o deməkdir ki, 270-280 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 8778 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) 270 baldan yuxarı, 8480 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 280 baldan yuxarı nəticə göstərmişdir.

Dövlət sifarişi üzrə tələbə qəbulu planı Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə 4950 nəfər təşkil edir. Bu da o deməkdir ki, 300 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 4966 abituriyent 300 baldan yuxarı nəticə göstərmişdir.

Əlbəttə, balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.

3) Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 270-280 baldan aşağı nəticə göstərən abituriyentlər, Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə 300 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.

4) Ötən il - 2022-ci ildə altqruplar olmadığı üçün biz bal aralıqları üzrə abituriyentlərin paylanma sıxlığına baxıb, müqayisə apara bilərik:

Cari ildə həm Azərbaycan, həm də bölməsində Riyaziyyat-Kimya (RK) altqrupunda 500-700 bal aralığında abituriyentlərin paylanma sıxlığı aşağı düşüb. Bu o deməkdir ki, keçən ilki yüksək keçid balları nisbətən aşağı düşəcək. Seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 30-50-70 bal yüksək yerləri yaza bilər. 200-500 bal aralığında isə abituriyent saylarında artma var. Bu da o deməkdir ki, keçid balları yerində qalacaq və hətta daha da yüksələcəkdir.

Həm Azərbaycan, həm də bölməsində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin bal aralıqlarında paylanma sıxlığı aşağı düşüb. Ona görə də seçim zamanı diqqətli olmaq lazımdır.

Cari ildə həm Azərbaycan, həm də bölməsində Riyaziyyat-İnformatika (Rİ) altqrupunda 550-700 bal aralığında abituriyentlərin paylanma sıxlığı aşağı düşüb. Bu o deməkdir ki, keçən ilki yüksək keçid balları nisbətən aşağı düşəcək. Seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 30-50-70 bal yüksək yerləri yaza bilər. 300-550 bal aralığında isə abituriyent saylarında artma var. Bu da o deməkdir ki, keçid balları yerində qalacaq və hətta daha da yüksələcəkdir. 200-300 bal aralığında abituriyentlərin paylanma sıxlığı aşağı düşüb. Ona görə də seçim zamanı diqqətli olmaq lazımdır.

5) Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 210 baldan aşağı, Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə isə 230 baldan aşağı nəticə göstərən abituriyentlər seçimləri zamanı çox diqqətli olmalıdırlar. Çünki onların ali təhsil müəssisələrinə qəbul ola bilməmək kimi ehtimalı çox yüksəkdir.

Əziz valideynlər və abituriyentlər, ixtisas seçimi zamanı diqqətli olun!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız