7 aprel tarixində keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən Şagirdlərin nəzərinə!

7 aprel tarixində keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən Şagirdlərin nəzərinə!

7 aprel tarixində keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən Şagirdlərin nəzərinə!

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər

kaspi.edu.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Laçın (Şəhər 2 №-li tam orta məktəb və Zabux kənd tam orta məktəbi.), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1, Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Bakı şəhərinin Xəzər rayonunda, həmçinin Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Şəmkir, Cəlilabad, Masallı, Xaçmaz, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə" adlandırılıb və “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.

https://dim.gov.az/news

kaspi.edu.az

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız