Şagirdlər və valideynlər bir-biriləri ilə xoş vaxt keçirib
Kaspi Ağ Şəhər liseyində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə 5-ci siniflərin şagirdləri və onların valideynləri üçün tədbir təşkil olunub. Sinif rəhbərlərinin başçılığı ilə keçirilən tədbir iştirakçılara xoş və yaddaqalan anlar yaşadıb.
Tədbirdə valideynlər şagirdlərlə birlikdə müxtəlif əyləncəli yarışlarda iştirak ediblər. “Həm şagirdlər, həm də valideynlər üçün çox əyləncəli və rəngarəng anlar yaşandı. Bundan əlavə, şagirdlər pianoda musiqi nümunələri ifa edərək tədbirə musiqili bir ruh qatdılar”- deyə məlumatda qeyd edilir.
Tədbirin ən gözəl anlarından biri şagirdlərin öz əlləri ilə hazırladıqları gülləri analarına təqdim etmələri olub: “Bu kiçik, amma mənalı hədiyyə analar üçün xüsusi bir təbrik oldu.
Bu gözəl bayram günündə həm şagirdlər, həm də valideynlər bir-biriləri ilə xoş vaxt keçirib, 8 Martı birgə qeyd etdilər. Həm məktəbin, həm də sinfin əlaqələrini möhkəmləndirən bu tədbir uzun müddət unudulmayacaq”.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.