“4Sİ Akademiyası” layihəsinə start verilib

“4Sİ Akademiyası” layihəsinə start verilib

“4Sİ Akademiyası” layihəsinə start verilib

Layihənin məqsədi əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır

Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin və ABŞ-nin “Coursera” şirkəti ilə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilib.

kaspi.edu.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Layihənin məqsədi ölkədə Dördüncü Sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Layihə müddətində 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaq.

Pilot layihə çərçivəsində müraciətlərin qəbulu 23 avqust – 7 sentyabr 2023-cü il tarixlərini əhatə edəcək. Seçilmiş 10 minə yaxın şəxs 15 sentyabrdan 1 il ərzində dünyanın nüfuzlu universitet və şirkətlərinin təqdim etdiyi tədris proqramları üzrə ingilis dilində ödənişsiz təhsil imkanı əldə edəcək.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız