Bakı şəhərinin Xətai rayonunda (Ağ Şəhərdə) yerləşən “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC 2015-ci ildə fəalliyətə başlamışdır. Məktəbdə tədris hazırda Azərbaycan, ingilis (yalnız məktəbəqədər və ibtidai siniflər üzrə ) və rus bölmələri üzrə Milli Kurikulum əsasında həyata keçirilir.
Liseyin məqsədi şagirdlərin potensialını kəşf etmək və onları bu istiqamətdə inkişaf etdirməkdir. Dərsdən əlavə təşkil olunan müxtəlif sosial, musiqi, rəqs və idman dərnəkləri, ekskursiyalar, etüd dərsləri şagirdlərin hərtərəfli inkişafına zəmin yaradır.
Məktəbdə zəngin kitabxana, İKT və robotika, fizika, kimya və biologiya laboratoriyaları, idman və akt zalları, dərnək otaqları, tibb otağı və yeməkxana vardır. Bütün tədris otaqları ağıllı lövhələrlə təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.
Məktəbdə savadlı və bacarıqlı yerli və xarici müəllim heyəti çalışır.
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.