Tez-Tez Verilən Suallar

Tez-Tez Verilən Suallar

“Kaspi Liseyi” Ümumtəhsil məktəbində tədris Milli Kurikulum əsasında həyata keçirilir. İngilis dili Cambridge Proqramı üzrə tədris olunur.

“Kaspi Liseyi” Ümumtəhsil məktəbinin təhsil haqqına aşağıdakılar daxildir: dərs vəsaitləri, əlavə dərs saatları, məktəbli forması, gündə 2 dəfə qidalanma, 1 dərnək məşğələsi.

“Kaspi Liseyi” Ümumtəhsil məktəbinə qəbul olmaq üçün ilk mərhələdə aşağıdakı sənədlər tələb olunur: • Müraciət forması (liseydə doldurulur və ya elektron müraciət olunur); • Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti; • Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti (xarici vətəndaşlar üçün Dövlət Miqrasiya Xidmətinin verdiyi müvəqqəti yaşayış üzrə vəsiqələri); • 4 ədəd (3x4 ölçüdə, son 6 ay ərzində çəkilmiş) fotoşəkil. Məktəbə qəbul olunduqdan sonra şagirdlər üçün tələb olunan sənədlər: • Valideynin (hüquqi nümayəndənin) ərizəsi; • Şagirdin əvvəl təhsil aldığı məktəbdən götürülmüş şəxsi işi (xarici vətəndaşlar üçün əvvəl təhsil aldıqları məktəbdən verilmiş arayış və qiymət cədvəli); • Sağlamlıq haqqında arayış (Forma U26) - yalnız I siniflər üçün.

“Kaspi Liseyi” Ümumtəhsil məktəbinin I sinfin’ qəbul müsahibə yolu ilə keçirilir. Müsahibə qrup işi, cütlərlə iş, şagirdin məntiqi təfəkkürü və nitq qabiliyyətini ölçən fərdi görüş formasında təşkil olunur. II-XI siniflər üçün qəbul 2 mərhələdə həyata keçirilir: I mərhələdə əvvəlki tədris proqramının yoxlanılması məqsədilə test imtahanı keçirilir/ II mərhələdə isə fərdi müsahibə keçirilir.

“Kaspi Liseyi” Ümumtəhsil məktəbində hər sinif üzrə nəzərdə tutulmuş ümumi şagird sayı 20 nəfərdir.

“Kaspi Liseyi” Ümumtəhsil məktəbində ingilis dili Cambridge Proqramı əsasında keçirilir.

“Kaspi Liseyi” Ümumtəhsil məktəbində təhsil haqqı aşağıdakı kimidir: Kaspi Liseyi - Bakıxanov filialı Azərbaycan bölməsi ibtidai sinif – 7850 AZN V-IX siniflər – 8350 AZN Preschool – 6950 AZN I-IV sinif Cambridge – 8500 AZN Kaspi Liseyi – Xətai (Ağ Şəhər) filialı Azərbaycan bölməsi üzrə: Məktəbəqədər– 6900 AZN I-IV siniflər – 8450 AZN V-XI siniflər – 8950 AZN Rus bölməsi üzrə Məktəbəqədər- 7900 AZN I-IV siniflər – 9450 AZN V-IX siniflər – 9950 AZN İngilis bölməsi üzrə (Cambridge proqramı) Məktəbəqədər- 8000 AZN I-IV siniflər- 10000 AZN

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız