Tez-Tez Verilən Suallar
- Ana Səhifə
- Qəbul
- Tez-Tez Verilən Suallar
Tez-Tez Verilən Suallar
“Kaspi Liseyi” Ümumtəhsil məktəbində tədris Milli Kurikulum əsasında həyata keçirilir. İngilis dili Cambridge Proqramı üzrə tədris olunur.
“Kaspi Liseyi” Ümumtəhsil məktəbinin təhsil haqqına aşağıdakılar daxildir: dərs vəsaitləri, əlavə dərs saatları, məktəbli forması, gündə 2 dəfə qidalanma, 1 dərnək məşğələsi.
“Kaspi Liseyi” Ümumtəhsil məktəbinə qəbul olmaq üçün ilk mərhələdə aşağıdakı sənədlər tələb olunur: • Müraciət forması (liseydə doldurulur və ya elektron müraciət olunur); • Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti; • Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti (xarici vətəndaşlar üçün Dövlət Miqrasiya Xidmətinin verdiyi müvəqqəti yaşayış üzrə vəsiqələri); • 4 ədəd (3x4 ölçüdə, son 6 ay ərzində çəkilmiş) fotoşəkil. Məktəbə qəbul olunduqdan sonra şagirdlər üçün tələb olunan sənədlər: • Valideynin (hüquqi nümayəndənin) ərizəsi; • Şagirdin əvvəl təhsil aldığı məktəbdən götürülmüş şəxsi işi (xarici vətəndaşlar üçün əvvəl təhsil aldıqları məktəbdən verilmiş arayış və qiymət cədvəli); • Sağlamlıq haqqında arayış (Forma U26) - yalnız I siniflər üçün.
“Kaspi Liseyi” Ümumtəhsil məktəbinin I sinfin’ qəbul müsahibə yolu ilə keçirilir. Müsahibə qrup işi, cütlərlə iş, şagirdin məntiqi təfəkkürü və nitq qabiliyyətini ölçən fərdi görüş formasında təşkil olunur. II-XI siniflər üçün qəbul 2 mərhələdə həyata keçirilir: I mərhələdə əvvəlki tədris proqramının yoxlanılması məqsədilə test imtahanı keçirilir/ II mərhələdə isə fərdi müsahibə keçirilir.
“Kaspi Liseyi” Ümumtəhsil məktəbində hər sinif üzrə nəzərdə tutulmuş ümumi şagird sayı 20 nəfərdir.
“Kaspi Liseyi” Ümumtəhsil məktəbində ingilis dili Cambridge Proqramı əsasında keçirilir.