Güzəştli təhsil alma imkanı
- Ana Səhifə
- Qəbul Prosesi
Güzəştli təhsil alma imkanı
“Təqaüd” Müsabiqəsi
VIII-IX siniflər üzrə
“Təqaüd” müsabiqəsi 3 fənn (riyaziyyat, ingilis dili və Azərbaycan/rus dili) üzrə imtahan yolu ilə keçirilir. Təqaüd endirmi 1 il üçün keçərlidir və şagird növbəti tədris
ili üçün yenidən müsabiqədə iştirak etməlidir.
Hazırda məktəbdə təhsil alan şagirdlər də Təqaüd müsabiqəsində iştirak edə bilərlər.
Təhsil haqqı endirimi aşağıdakı qaydada tətbiq olunur:
1) minimum 90% (270 bal+) nəticə göstərən şagird - I yer - 75% endirim (hər
məktəb üzrə 1 şagird, rus bölməsi üzrə əlavə 1 şagird);
2) minimum 90% (270 bal+) nəticə göstərən şagird - II yer - 50% endirim (hər
məktəb üzrə 1 şagird, rus bölməsi üzrə əlavə 1 şagird);
“Təqaüd” müsabiqəsi zamanı 2 namizəd eyni nəticə göstərərsə, əlavə olaraq bir mərhələ də təşkil ediləcək (məsələn, şüfahi mühasibə və s.).
Respublika fənn olimpiadası (IX-XI siniflər) və Respublika fənn müsabiqəsinin qalibləri “Təqaüd” müsabiqəsində iştirak etmədən güzəştli təhsil ala bilərlər.
Respublika fənn olimpiadası üzrə I yerin qalibi – 100% güzəşt (tam ödənişsiz)
II və III yerlərin qalibi – 75% güzəşt
Respublika fənn müsabiqəsi üzrə I yerin qalibi – 75% güzəşt
II və III yerlərin qalibləri – 50% güzəşt
X-XI siniflər üzrə
“Təqaüd” müsabiqəsi 3 fənn (riyaziyyat, ingilis dili və Azərbaycan dili) üzrə imtahan yolu ilə keçirilir. Təqaüd endirmi 1 il üçün keçərlidir və şagird növbəti tədris
ili üçün yenidən müsabiqədə iştirak etməlidir.
Təhsil haqqı endirimi aşağıdakı qaydada tətbiq olunur:
1) minimum 90% (270 bal+) nəticə göstərən şagird - I yer – 100% güzəşt (tam
ödənişsiz; hər məktəb üzrə 1 şagird);
2) minimum 90% (270 bal+) nəticə göstərən şagird - II yer - 75% güzəşt (hər
məktəb üzrə 1 şagird);
3) minimum 90% (270 bal+) nəticə göstərən şagird - III yer - 50% güzəşt (hər
məktəb üzrə 1 şagird);
4) minimum 80% (240 bal+) nəticə göstərən digər şagirdlərə - 25% güzəşt (hər
məktəb üzrə ən yüksək bal toplayan 5 şagird).
Respublika fənn olimpiadalarının qalibləri “Təqaüd” müsabiqəsində iştirak
etməklə güzəştli təhsil ala bilərlər.
Respublika fənn olimpiadası üzrə I yerin qalibi – 100% güzəşt (tam ödənişsiz)
II və III yerlərin qalibləri – 75% güzəşt