Müsahibə qrup işi, cütlərlə iş və şagirdin məntiqi təfəkkürü və nitq qabiliyyətini ölçən fərdi görüş formasında təşkil edilir.
II-XI siniflərə qəbul:
Bu siniflərə qəbul 2 mərhələdə keçirilir.
I mərhələ əvvəlki tədris proqramının yoxlanılması məqsədilə test imtahanı yolu ilə keçirilir və bu mərhələni uğurla keçən şagirdlər II mərhələyə dəvət olunurlar.
II mərhələ fərdi müsahibə formasında təşkil edilir.
Liseyə qəbul imtahanının keçid balı həmin ilin imtahan nəticələrinə əsasən təyin edilir.
İmtahanlardan uğurla keçən şagirdlər liseyə qəbul olunur və həmin şagirdlərin valideynləri müqavilə imzalamağa dəvət olunurlar.
Şagird Liseyə qəbul olunduqdan sonra tələb olunan əlavə sənədlər:
Valideynin (hüquqi nümayəndənin) ərizəsi;
Şagirdin əvvəl təhsil aldığı məktəbdən götürülmüş şəxsi işi (xarici vətəndaşlar üçün əvvəl təhsil aldıqları məktəbdən verilmiş arayış və qiymət cədvəli);
Sağlamlıq haqqında arayış (Forma U26) - yalnız I siniflər üçün.
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.