Kaspi Liseyi Bakıxanov

Kaspi Liseyi Bakıxanov

Kaspi Liseyi Bakıxanov

Bakı şəhərinin Sabunçu rayonunda (Bakıxanov qəsəbəsində) yerləşən “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC 2014-cü ildə fəaliyyətə başlamışdır. Məktəbdə tədris hazırda Azərbaycan bölməsi üzrə I-XI siniflərdə Milli Kurikulum əsasında, ingilis bölməsi üzrə isə məktəbəqədər və I-IV siniflərdə Cambridge proqramı əsasında həyata keçirilir.

Liseyin məqsədi şagirdlərin potensialını kəşf etmək və onları bu istiqamətdə inkişaf etdirməkdir. Dərsdən əlavə təşkil olunan müxtəlif sosial, musiqi, rəqs və idman dərnəkləri, ekskursiyalar, etüd dərsləri şagirdlərin hərtərəfli inkişafına zəmin yaradır.

Məktəbdə zəngin kitabxana, İKT və robotika, fizika, kimya və biologiya laboratoriyaları, idman və akt zalları, dərnək otaqları, tibb otağı və yeməkxana vardır. Bütün tədris otaqları ağıllı lövhələrlə təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.

Məktəbdə savadlı və bacarıqlı yerli və xarici müəllim heyəti çalışır.

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız