Tarixçə

Tarixçə

Tarixçə

“Kaspi Liseyi” “Kaspi” Təhsil Şirkəti tərəfindən təsis edilmiş, milli-bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsili təmin edən özəl ümumtəhsil məktəbidir.

“Kaspi Liseyi”nin hazırda Bakı şəhərində 2 filialı fəaliyyət göstərir. Liseyin Bakı şəhərinin Bakıxanov qəsəbəsində yerləşən filialı 2014-cü ildə, Ağ Şəhərdə yerləşən filialı isə 2015-ci ildə fəalliyətə başlamışdır. 2018-ci ildən etibarən isə Kaspi Beynəlxalq Məktəb (Kaspi International School) layihəsi başladılmışdır. 

“Kaspi Liseyi”ndə tədris Milli Kurikulum əsasında həyata keçirilir. “Kaspi Liseyi”nin Bakıxanov filialında tədris Azərbaycan, Ağ Şəhər filialında isə Azərbaycan (I-XI siniflər) və rus (I-VIII siniflər) bölmələri olmaqla bütün təhsil pillələri  üzrə həyata keçirilir. Liseyin məqsədi şagirdlərin potensialını kəşf etmək və onları bu istiqamətdə inkişaf etdirməkdir. Dərsdən əlavə, təşkil olunan etüd dərsləri, müxtəlif sosial və idman dərnəkləri, ekskursiyalar şagirdlərin hərtərəfli inkişafına zəmin yaradır. Liseylərdə savadlı və bacarıqlı yerli və xarici müəllim heyəti çalışır. Hər iki liseydə zəngin kitabxana, İKT və robotiks, fizika, kimya və biologiya laboratoriyaları, idman və akt zalları, dərnək otaqları, tibb otağı və yeməkxana vardır. Bütün tədris otaqları ağıllı lövhələr ilə təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.

Kaspi Beynəlxalq Məktəbində tədris beynəlxalq təhsil proqramları əsasında aparılır. Məktəbdə tədrisə yerli və xarici müəllimlər cəlb edilmişdir.

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız